İsa peyğəmbər haqqında yazılanlar nə vaxt qələmə alınıb?
Müqəddəs Yazıların cavabı
İsa peyğəmbərin həyatına dair onun həvarilərindən biri olan Yəhya belə deyir: «Bunları öz gözü ilə görən şəhadət edir və onun şəhadəti doğrudur. O, həqiqəti danışdığını bilir və istəyir ki, siz də inanasınız» (İncil, Yəhya 19:35).
Matta, Mark, Luka və Yəhya tərəfindən İncil qələmə alınanda təsvir olunan hadisələrin şahidləri hələ də həyatda idilər. Bəzi mənbələrə əsasən, Matta tərəfindən qələmə alınan Müjdə İsa Məsihin ölümündən səkkiz il sonra, təxminən b.e. 41-ci ilində yazılıb. Bir çox alimlər isə qeyd olunan Müjdənin bu tarixdən bir qədər sonra yazıldığını söyləyirlər. Hər halda, ümumilikdə İncildə yazılanların eramızın birinci əsrində qələmə alındığı ilə hamı yekdildir.
İsa peyğəmbərin həyatının, ölümünün və dirilməsinin şahidi olanları İncildə təsvir edilən hadisələri şəxsən təsdiq edə bilərdilər. Əgər hər hansı bir uyğunsuzluq və təhrif olsaydı, onlar dərhal buna işarə edə bilərdilər. Professor Frederik Brüs qeyd edir ki, İsa Məsihin həvariləri tez-tez şahidlərin dəlalətinə istinad edərdilər; məsələn, başqalarına müraciətdə «Bildiyiniz kimi» ifadəsini işlətməklə, digərlərinin də bütün baş verən hadisələrdən xəbərdar olduqlarını qeyd edirlər (İncil, Həvarilərin işləri 2:22).