Yehovanın Şahidi olan xəstələr çox vaxt daha tez sağalır
AVSTRALİYA. «Dini etiqadlarına görə qanköçürmədən imtina edən Yehovanın Şahidi olan xəstələr digər xəstələrə nisbətən, daha tez sağalır» («Sidney morninq herald», 2 oktyabr 2012-ci il).
Elə həmin qəzetdə Sidney Universitetinin tibb fakültəsinin professoru Ceyms İsbisterin sözləri gətirilirdi. Orada deyilirdi: «Professor İsbister fikir vermişdir ki, həkimlər Yehovanın Şahidi olan xəstələrdə qanaxmanın qarşısını almağa çalışdıqları üçün onlara daha yaxşı müalicə üsulu tətbiq edirdilər. Nəticədə, əməliyyat zamanı qan köçürülən xəstələrə nisbətən, onların arasında ölüm halları daha az və reanimasiyada qalma müddəti daha qısa olurdu, onlar evə daha tez buraxılırdı».
Digər mütəxəssislər professor İsbisterin fikrinə şərikdirlər. Görün ürək əməliyyatı keçirən Yehovanın Şahidləri haqda bir tibbi jurnalda nə deyilirdi: «Eyni vəziyyətdə olan xəstələrlə müqayisədə, Yehovanın Şahidlərində ağırlaşma halları daha az olurdu və onlar xəstəxanadan daha tez buraxılırdılar» («Archives of Internal Medicine», 13—27 avqust 2012-ci il).