23 DEKABR 2021
ALMANİYA
Alman jest dilində «Mətta» və «Yəhya» kitabları işıq üzü gördü
2021-ci il dekabrın 18-i Dirk Qrundman, Mərkəzi Avropa filialının komitə üzvü, «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»nin iki bölməsinin — «Mətta» və «Yəhya» bölmələrinin alman jest dilində buraxılışını elan etdi. Canlı yayımlanan proqrama 800 nəfərə yaxın adam baxdı.
Almaniya hökuməti alman jest dilini yalnız 2002-ci ildə dil olaraq tanıdı. Yehovanın Şahidləri isə rayon və regional toplantılarının proqramlarını bu dilə 1960-cı illərdən tərcümə edirlər. Hal-hazırda alman jest dilində 11 yığıncaq və 21 qrup var. Onlarda 571 təbliğçi xidmət edir.
Bu, alman jest dilinə tərcümə edilmiş ilk tam Müqəddəs Kitab bölmələridir. Bu vaxtadək təbliğçilər xidmətdə və şəxsi mütaliədə tərcümə olunmuş yalnız ayrı-ayrı ayələrdən istifadə edirdilər.
Bir təbliğçi deyir: «İndiyə qədər ancaq ayrı-ayrı ayələrin tərcüməsi olduğu üçün lazımi Müqəddəs Kitab prinsipini tapmaq və ya ayə əsasında sübutlar gətirmək çətin idi. Eyni səbəbdən Müqəddəs Kitab dərsi keçdiyimiz adamları hər gün onu mütaliə etməyə təşviq etmək də asan deyildi».
Bir tərcüməçi deyir: «Müqəddəs Kitabı kar insanlar üçün tərcümə etmək və onlara Yehova ilə dostluq qurmağa kömək etmək heyrətamizdir! Bu işdə iştirak etmək böyük şərəfdir».
Ümid edirik ki, bu tərcümə sayəsində hələ çox adam Yehovanın yolunu öyrənəcək (Zəbur 25:9).