Kontentə keç

25 YANVAR 2023
DÜNYADAN XƏBƏRLƏR

JW.ORG saytının onilliyi (II hissə)

Bacı-qardaşlara ən son xəbərlərin çatdırılması

JW.ORG saytının onilliyi (II hissə)

Bu silsilənin birinci hissəsində videoların və elektron nəşrlərin yayılmasında jw.org saytının rolundan danışmışdıq. İkinci hissədə görəcəyik ki, jw.org saytı bütün dünyadakı bacı-qardaşları Yehovanın Şahidlərinə təsiri olan hadisələr barədə necə məlumatlandırır.

Aktual xəbərlər: jw.org saytının «JW Xəbərlər» bölməsində dindaşlarımız haqda ən son və dəqiq məlumatlar müntəzəm olaraq yenilənir. Bu bölmədə dünyada baş verən təbii fəlakətlər və yardım işləri, hökumət tərəfindən olunan təzyiqlər, dünyanın müxtəlif yerlərində bacı-qardaşlarımızın haqsız yerə həbs olunması və digər vacib xəbərlər yer alır. Məsələn, 2017-ci ilin mart ayının 21-də çıxan məqalədə dindaşlarımıza Yehovanın Şahidlərinin Rusiyada fəaliyyətinin qadağan olunması barədə məlumat verilmişdi və bütün dindaşlarımız Rusiya hökumətinə məktublar yazmağa təşviq olunmuşdu.

Təcili xəbərlər: jw.org saytında «Təcili xəbərlər» 2017-ci ilin iyul ayından yayımlanır. «JW Xəbərlər» bölməsindən fərqli olaraq, bu hissədə dindaşlarımız baş verən ən son hadisələr barədə qısaca məlumatlandırılır. Məsələn, əqidələrinə görə həbsdə olan dindaşlarımız azadlığa buraxılanda təcili xəbər qismində məlumat yayımlanır. Buna nümunə olaraq, 31 dekabr 2020-ci il tarixində Feliks Maxammadiyev azadlığa buraxılıb yenidən həyat yoldaşı Yevgeniyaya qovuşanda bu barədə təcili xəbər çıxmışdı. Pandemiya müddətində «Təcili xəbərlər» vasitəsilə məlumat verildi ki, toplantılar onlayn keçiriləcək. Həmçinin Rəhbərlik Şurasının vacib qərarları, o cümlədən ibadət görüşlərinə yenidən canlı qatılmaq və ictimai şahidliyin yenidən başlanması ilə bağlı məlumat da bu hissədə dərc olunmuşdu. Dünyanın hər hansı bir yerində baş verən vacib hadisələr cəmi bir neçə saat sonra «Təcili xəbərlər» vasitəsilə yayımlanır. Məsələn, 2018-ci ilin iyun ayında Cənubi Koreyanın Konstitusiya Məhkəməsi ölkədə alternativ mülki xidmətin olmamasını konstitusiyaya zidd hesab edərək əlamətdar bir qərar qəbul etmişdi və çox keçməmiş bu barədə «Təcili xəbərlər»də məlumat çıxmışdı.

Rəhbərlik Şurasının müraciətləri: 2020-ci ilin 18 mart tarixində COVID-19 pandemiyası müddətində bacı-qardaşları ruhlandırmaq üçün jw.org saytında Rəhbərlik Şurasının ilk müraciəti yayımlandı. Çoxları bir bacımızın bu müraciətlərlə bağlı dediyi sözlərə şərikdir. O demişdi: «Elə bil onlar bir dost kimi mənə baş çəkib, hal-əhvalımı yoxlayırlar. Heç bilmirəm bu müraciətlər olmasa pandemiyanı necə keçirərdim. Müraciətlər həmişə lap yerinə düşür». Bu günə qədər ümumilikdə 28 müraciət yayımlanıb.

Get-gedə parçalanan və mühüm hadisələrin baş verdiyi dünyada etibarlı məlumat tapmaq olduqca çətindir. Amma nə yaxşı ki, bizlər jw.org saytı vasitəsilə vaxtında və dəqiq xəbərlər əldə edə bilirik. Bunun sayəsində hər birimiz sakitliyimizi qoruyur və Allahımız Yehovaya etibar edirik (Əşiya 30:15).

  • Ay ərzində yüklənən videolar

  • Ay ərzində gündəlik ziyarətçi sayı

  • 2017-ci ilin mart ayında bütün dünyada məktub yazmaqla bağlı kampaniya elan olundu

  • 2020-ci ilin mart ayında Rəhbərlik Şurasının ilk müraciəti yayımlandı

  • 2022-ci ilin mart ayında ibadət görüşlərinin yenidən canlı keçiriləcəyi elan olundu

  • 2022-ci ilin iyun ayında ictimai şahidliyin yenidən başlanması elan olundu

  • 2022-ci ilin iyun-avqust ayları ərzində onlayn toplantı proqramı yayımlandı