Kontentə keç

28 dekabr 2022-ci il tarixində Ramapo Şəhərsalma Şurası ilə görüş

9 YANVAR 2023
DÜNYADAN XƏBƏRLƏR

Baş idarənin Ramapo layihəsi

Ramapo Şəhərsalma Şurası xüsusi icazəni təsdiqlədi

Ramapo Şəhərsalma Şurası xüsusi icazəni təsdiqlədi

28 dekabr 2022-ci il tarixində Ramapo Şəhərsalma Şurası Ramapo tikinti layihəsi üçün xüsusi icazəni təsdiqlədi a. Bu xüsusi icazə sayəsində biz ərazidə lazımi ofis binaları, studiyalar və yaşayış binaları tikə biləcəyik. Bundan əlavə, bu icazə imkan yaradır ki, Şəhərsalma Şurası layihəmizin növbəti mərhələsini təsdiq edənə qədər ağacları götürək (növbəti mərhələnin təsdiqi 2023-cü ildə gözlənilir). Beləliklə, bu xüsusi icazə layihənin gecikdirilməsinin qarşısını alacaq.

İnşaat layihə komitəsində xidmət edən Deyvid Soto qardaş deyir: «Biz bu icazəni aldığımıza görə çox sevinirik. Düzdür, layihənin tikinti mərhələsinə başlamaq üçün hələ bir neçə mərhələ var. Amma biz əminik ki, Yehova bundan sonra da zəhmətimizi bəhrəsiz qoymayacaq.

Ramapo Tikinti Layihəsinin gedişatı

  1. 5 oktyabr 2019-cu il

    Rəhbərlik Şurası elan etdi ki, bütün video materialların eyni məkanda istehsal olunması üçün Ramapo (Nyu-York) tikinti layihəsini planlaşdırılır.

  2. 26 iyun 2020-ci il

    Layihə Ramapo Şəhərsalma Şurasına təqdim edildi.

  3. 8 iyul 2020-ci il

    Ramapo Şəhərsalma Şurası ilə layihəyə dair ilk görüş keçirildi.

  4. 31 mart 2021-ci il

    Ətraf mühitə təsirin qiymətləndirilməsi ilə bağlı ilkin sənəd təqdim edildi.

  5. 8 mart 2022-ci il

    Taksido Şəhərsalma Şurası Ramapo kompleksinə aparan yolun genişləndirilməsinə və yenidən qurulmasına icazə verdi.

  6. 12 mart 2022-ci il

    Ətraf mühitə təsirin qiymətləndirilməsi ilə bağlı yekun sənəd təsdiqləndi.

  7. 9 noyabr 2022-ci il

    Ramapo Şəhərsalma Şurası əmlakdan istifadəyə dair qaydaların nizamlanmasında dəyişikliklər edib.

  8. 28 dekabr 2022-ci il

    Ramapo Şəhərsalma Şurası ərazidə lazımi ofis binaları, studiyalar və yaşayış binaları tikə bilməyimizə imkan yaradan xüsusi icazəni təsdiqlədi.

  9. Gözlənilir

    Tikinti layihəsinin tam təsdiqlənməsi.

a Bu icazə 9 noyabr 2022-ci il tarixində Ramapo Şəhərsalma Şurasının verdiyi qərarın sayəsində təsdiqləndi. Həmin qərar həm xüsusi icazənin alınması, həm də tikinti layihəsinin təsdiqi üçün müraciət etməyə imkan yaratmışdı.