3 İYUL 2023
DÜNYADAN XƏBƏRLƏR
Baş idarənin Ramapo layihəsi
Ramapo tikinti layihəsi üçün vacib bir icazə verilib
28 iyun 2023-cü ildə Ramapo tikinti layihəsi tarixi bir an yaşadı. Ramapo Şəhərsalma Şurası layihə üçün ərazi planın təsdiqini verdi. Düzdür, hələ yerinə yetirməli olduğumuz bir neçə şərt var, amma bu icazə layihəni davam etdirmək üçün imkan yaradır.
Qeyd etmək lazımdır ki, Şəhərsalma Şurasının iclasında nə yerli sakinlər, nə də dövlət rəsmiləri heç bir narazılıq irəli sürmədilər. İnşaat layihə komitəsində xidmət edən Keyt Kedi qardaş deyir: «Bütün tələblərə əməl etmək və ərazi planını komissiyaya təqdim etmək üçün aylarla hazırlaşmışdıq. Məqsədimiz onların icazəsini mümkün qədər asanlaşdırmaq idi». Komissiya cəhdlərimizi qiymətləndirdi və layihə ilə bağlı qəbul olunan bütün qətnamələri yekdilliklə qəbul etdilər. İnşaat layihə komitəsində xidmət edən Deyvid Soto adlı başqa bir qardaş belə deyir: «Bütün müzakirələr və qərarın qəbul olunması bir saatdan az çəkdi. Şəhərsalma Şurasına çəkdiyi zəhmətə, çalışqanlığına və əməkdaşlığına görə minnətdarıq. Gələcəkdə də onlarla əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik».
Bu son icazə Ramapo layihəsinin bir neçə əsas aspektinin irəli getməsi üçün şərait yaradacaq. Keyt qardaş qeyd edir: «Kəsilmiş ağaclar ərazidən çıxarıldıqdan sonra podratçılar işə başlaya bilərlər. Bu da öz növbəsində gələn ilin ikinci yarısında daha çox könüllüyə tələbat olacağını göstərir. Komissiyanın işə başlamaq üçün verdiyi icazə bizi çox sevindirdi».
Ümumdünya təşkilat olaraq bu yeni icazəyə görə Yehovaya minnətdarıq. Biz daima dua edirik ki, layihədə iştirak edənlərin hamısı gələcəkdə də bu iş üçün «canla-başla» çalışsınlar (Nəhəmya 2:18).