4 APREL 2022
DÜNYADAN XƏBƏRLƏR
Yehovanın Şahidləri ibadət evlərində görüşlərini bərpa edib
2022-ci il aprelin 1-dən başlayaraq Yehovanın Şahidləri görüşlərinin ibadət evlərində keçirilməsini bərpa ediblər. Bacı-qardaşlar ibadət evlərinə daxil olan kimi bütün narahatçılıqları (əgər var idisə) bir anın içində yox oldu: hamı gülür, sevincdən ağlayır və şövqlə həmd nəğmələri oxuyurdu.
Bəziləri ilk dəfə idi ibadət evinə gəlmişdilər.
Polşada yaşayan Kşiştof Hosovski qardaş deyir: «Bu mənim ibadət evində iştirak etdiyim ilk yığıncaq görüşü idi. Müqəddəs Kitabı videobağlantı vasitəsilə öyrənmişəm və vəftizim “Zoom”la yayımlanmışdı. İbadət evində görüşlərin necə keçirildiyini bilirdim, çünki bu barədə çoxlu videolara baxmışdım. Qardaşlıq məhəbbətini, sevinc və mehribanlığı canlı olaraq duymaq tamamilə fərqli şeydir».
COVID-19 pandemiyasına görə Yehovanın Şahidləri 2020-ci ilin mart ayından ibadət görüşlərini videokonfrans formatında keçirirdilər. İbadət evinə gələ bilməyənlər görüşlərə hələ də «Zoom»la qoşula bilər.
Şotlandiyanın Edinburq şəhərində yaşayan Nil Kempbel deyir: «Musiqinin sədaları gələndə və ilk nəğməni oxuyanda ürəyim bərk-bərk döyünməyə başladı. İki ildən sonra yenidən bacı-qardaşların əhatəsində olmaq məni duyğulandırdı!»
Yehovaya necə də minnətdarıq ki, görüşlərimiz yenə də ibadət evlərində keçir! (Zəbur 84:10).
Anqola
Ermənistan
Avstraliya
Çexiya Respublikası
Ekvador
Almaniya
Yunanıstan
Qvineya
Yaponiya
Qazaxıstan
Malavi
Niderland
Filippin
Rumıniya
Şotlandiya
Cənubi Koreya
İspaniya
Sudan
Tailand