Kontentə keç

Daniel Hutabarat və Vilhinson Sihotanq ibadət evinin qarşısında (Riau adaları, Batam)

26 FEVRAL 2020
İNDONEZİYA

Təhsil Məsələləri üzrə Əyalət Şurası iki gənc Yehovanın Şahidinin vicdanına hörmətlə yanaşıb

Təhsil Məsələləri üzrə Əyalət Şurası iki gənc Yehovanın Şahidinin vicdanına hörmətlə yanaşıb

2020-ci il yanvarın 22-si İndoneziyanın Təhsil Məsələləri üzrə Əyalət Şurası sərəncam verib ki, Yehovanın Şahidləri olan iki yeniyetmə — Daniel Hutabarat və Vilhinson Sihotanq dərhal yenidən məktəbə götürülsün. Bu iki gənc bayrağa təzim etməkdən və milli himni ifa etməkdən imtina etdiyinə görə 2019-cu il noyabrın 29-u məktəbdən xaric edilmişdi. 2020-ci il yanvarın 23-dən onlar məktəbə qayıdıb.

Vəziyyəti araşdırdıqdan sonra Təhsil Məsələləri üzrə Əyalət Şurası bu nəticəyə gəlib ki, qardaşlarımız məktəbin idarə heyətinə və hökumətə hörmətsizlik etməyiblər. Onlar sadəcə olaraq Müqəddəs Kitab əsasında tərbiyə olunmuş vicdanlarına zidd gedən tədbirdə iştirak etmək istəməyib. İndoneziya Məlumat xidmətinin fəaliyyətinə nəzarət edən Yoqa Sulistiono qeyd edib: «İndoneziyadakı Yehovanın Şahidləri bu qərara görə şuraya çox minnətdardırlar. Biz həmçinin din azadlığı hüququmuza hörmətlə yanaşan hakimiyyət nümayəndələrinə də təşəkkür edirik».

Ən vacibi isə biz bu müsbət qərara görə Böyük Nəsihətçimiz Yehova Allaha minnətdarıq (Əşiya 30:20).