Kontentə keç

29 AVQUST 2023
KOLUMBİYA

İncilin «Yeni Dünya Tərcüməsi» quaxiro dilində işıq üzü gördü

İncilin «Yeni Dünya Tərcüməsi» quaxiro dilində işıq üzü gördü

18 avqust 2023-cü il tarixində Kolumbiya filial komitəsinin üzvü Kiakomo Maffey qardaş Kolumbiyanın, Quaxira yarımadasının, Maicao şəhərində keçirilən «Səbirli olun!» adlı regional toplantıda İncilin «Yeni Dünya Tərcüməsi»nin quaxiro dilində işıq üzü gördüyünü elan etdi. Toplantıda ümumi 265 nəfər iştirak etmişdi. Elə həmin gün elektron formatı yükləmək mümkün idi. Nəşrin çap olunmuş formatı yığıncaqlara 2024-cü ilin əvvəllərində göndəriləcək.

Kolumbiyanın Quaxira şəhərində və Zuliyanın şimal ştatı olan Venesuelada yaşayan və vayuu kimi tanınan əhalinin 700 000-dən çoxu quaxiro dilində danışır. Yehovanın Şahidləri nəşrləri quaxiro dilinə 1998-ci ildə tərcümə etməyə başlayıb. Tərcümə ofisi Quaxiranın paytaxtı olan Rioaçada yerləşir. Kolumbiya və Venesueladakı 17 quaxirodilli yığıncaqda və 4 qrupda təxminən 445 təbliğçi xidmət edir.

Bir qardaş İncilin «Yeni Dünya Tərcüməsi»nin quaxiro dilində nəşri barədə minnətdarlıqla demişdi: «Quaxiro dilində Müqəddəs Kitabın dəqiq tərcüməsi səmavi Atamızın möhtəşəm hədiyyəsidir». Başqa bir qardaş demişdi: «Əminəm ki, bu nəşr insanlara Yehova Allahla dostluq münasibətləri qurmağa və Ona yaxınlaşmağa kömək edəcək».

Əminik ki, Müqəddəs Kitabın bu tərcüməsi quaxirodilli bacı-qardaşların ürəyini sevindirəcək və çoxlu insanın ruhani ehtiyacını təmin edəcək (Mətta 5:3).