Kontentə keç

13 SENTYABR 2023
MEKSİKA

İncilin «Yeni Dünya Tərcüməsi»nin ilk dörd bölməsi aşağı alman dilində işıq üzü gördü

İncilin «Yeni Dünya Tərcüməsi»nin ilk dörd bölməsi aşağı alman dilində işıq üzü gördü

25 avqust 2023-cü il tarixində Mərkəzi Amerika filial komitəsinin üzvü Robert Batko qardaş İncilin «Yeni Dünya Tərcüməsi»nin ilk dörd bölməsinin aşağı alman dilində çıxdığını elan etdi. Bu elan Meksikanın Çiuaua ştatının Kuautemok şəhərində aşağı alman dilində keçirilən «Səbirli olun!» adlı regional toplantının ilk günündə səsləndi. Toplantıda 355 nəfər iştirak etmişdi. İncilin bu dörd bölməsi elandan dərhal sonra elektron və audio formatda əlçatan oldu. Bundan əlavə, «Müqəddəs Kitab — Məttanın yazdığı müjdə» çap formatında paylanıldı. Qalan üç bölmə İncilin «Yeni Dünya Tərcüməsi» aşağı alman dilində bütöv halda çap ediləndə hazır olacaq. Amerika qitəsində əhali aşağı alman dilində danışır, bu əhalinin əksəriyyəti isə Meksikada yaşayır.

Meksikanın Çiuaua ştatının Kuautemok şəhərində aşağı alman dilində tərcümə ofisi

Bu yeni tərcümə insanlara Müqəddəs Kitabı daha asan başa düşməyə kömək edib. Bir qardaş bölüşür: «İstifadə etdiyimiz Müqəddəs Kitabda dırnaq işarələri olmadığı üçün kimin kimlə danışdığını başa düşmək çox çətindir. Amma “Yeni Dünya Tərcüməsi”ndə hər şey aydındır».

Aşağı alman dilində danışan bacı-qardaşların sevincinə şərikik və əminik ki, bu tərcümə çoxlu insana «həqiqət barəsində dəqiq biliyə» yiyələnməyə kömək edəcək (1 Timutiyə 2:3, 4).