Kontentə keç

ÖZBƏKİSTAN

Mühüm hadisələr. Özbəkistan

Mühüm hadisələr. Özbəkistan
  1. 19 FEVRAL 2009: Hökumət nümayəndələri Yehovanın Şahidlərinin Daşkənd şəhərində dövlət qeydiyyatından keçmək üçün verdikləri 16-cı ərizəni rədd edir. 1997, 1998, 2000, 2001, 2003, 2004, 2005 və 2006-cı illərdə verilmiş ərizələrə də rədd cavabı verilmişdi

  2. 24 AVQUST 2006: Hökumət Fərqanə şəhərində Yehovanın Şahidlərinin yerli dini təşkilatının qeydiyyatını ləğv edir

  3. AVQUST 1999: Hökumət Çirçik və Fərqanə şəhərində Yehovanın Şahidlərinin yerli dini təşkilatlarını təkrar dövlət qeydiyyatından keçirir

  4. 1 MAY 1998: Hökumət dini təşkilatların fəaliyyətini tənzimləyən qanun qəbul edir və dövlət qeydiyyatından keçməyi tələb edir

  5. DEKABR 1996: Hökumət Yehovanın Şahidlərinin Daşkənd şəhərində qeydiyyat üçün verdikləri ilk ərizəni rədd edir

  6. 17 DEKABR 1994: Hökumət Çirçik və Fərqanə şəhərlərində Yehovanın Şahidlərinin yerli dini təşkilatlarını dövlət qeydiyyatına alır

  7. 8 DEKABR 1992: Yeni hökumət əsas insan haqlarının qorunmasına zəmanət verən konstitusiyanı qəbul edir

  8. 1 SENTYABR 1991: Özbəkistan müstəqillik əldə edir

  9. 1960-CI İLLƏR: Yehovanın Şahidlərinin Anqren və Çirçik şəhərlərində fəaliyyəti barədə ilk məlumatlar