Kontentə keç

Sluptsa xəstəxanası üçün Müqəddəs Kitablar və ona əsaslanan nəşrlər

22 MART 2021
POLŞA

Polşada xəstəxanadan gələn minnətdarlıq məktubu

Polşada xəstəxanadan gələn minnətdarlıq məktubu

Varşavada qardaşlar Sluptsa şəhərindəki bir xəstəxanadan məktub aldılar. Məktubda xəstəxana müdiriyyəti Müqəddəs Kitablara görə onlara minnətdarlıq bildirirdi.

Helena Krupa bacı

Həmin xəstəxanada COVID-19 xəstəliyinə tutulmuş çoxlu insan müalicə alır. Xəstəxana müdiriyyətinin nümayəndəsi işçilərə və xəstələrə ürək-dirək verəcək məlumat axtarırdı. Onun yadına düşdü ki, dostunun həyat yoldaşı Helena Krupa Yehovanın Şahididir və Müqəddəs Kitaba çox ciddi yanaşır. Bu səbəbdən onunla əlaqə saxlayıb xəstəxana üçün Müqəddəs Kitab tapmaqda kömək istədi.

Varşavada yaşayan Helena bacımız müraciət barədə yığıncağının ağsaqqallarına xəbər verdi. Onlar xəstəxana üçün altı ədəd «Müqəddəs Yazıların Yeni Dünya Tərcüməsi»nin yenidən baxılmış nəşrindən və digər seçmə mövzularda olan nəşrlərimizdən ibarət bağlama hazırladılar. Qardaşlar həmçinin qısa məktub da yazdılar. Məktubda «Yeni Dünya Tərcüməsi»nin özəlliklərini, xüsusilə də orada Allahın adı Yehovanın istifadə edildiyini qeyd etdilər.

Xəstəxana müdiriyyəti yığıncağa cavab məktubu yazaraq qardaşlara «göstərdikləri köməyə, qayğıkeş və məsuliyyətli, başqalarının ehtiyaclarına qarşı həssas olduqlarına görə» səmimi minnətdarlığını bildirdi. Məktubda həmçinin deyilirdi: «Bu çətin dövrdə hər kəs öz həyatının, səhhətinin, ailəsinin, doğmalarının və işinin dərdini çəkir. Siz isə başqaları barədə düşünmək üçün güc tapırsınız... Problemlərimizlə təkbaşına qalmadığımızı bilmək bizə pandemiya ilə mübarizədə ümidimizi üzməməyə, işimizlə bağlı gündəlik çətinliklərin öhdəsindən uğurla gəlməyə güc verir».

Necə də gözəl sözlərdir! Yehovanın bizə verdiklərini insanlarla bölüşəndə onlar təsəlli tapır və qəlblərində ümid yaranır (Romalılara 15:4).