Kontentə keç

25 SENTYABR 2017
PUERTO-RİKO

Mariya qasırğası haqda son məlumatlar

Mariya qasırğası haqda son məlumatlar

Puerto-Rikodakı 19 rayon nəzarətçisinin 15-indən aldığımız məlumata əsasən, 2017-ci il sentyabrın 25-nə kimi Mariya qasırğası nəticəsində bacı-qardaşlarımızdan yalnız bir nəfər xəsarət alıb. Adanın qərb hissəsindəki 4 rayon nəzarətçisi ilə əlaqə saxlamaq mümkün olmadığına görə oradakı son vəziyyətlə bağlı məlumat ala bilməmişik. Həmin əraziyə gedib vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün ətraf bölgələrdə olan qardaşlar motosiklet və digər iri təkərli nəqliyyat vasitələri əldə ediblər.

Biz əziz bacı-qardaşlarımız üçün dua etməyə davam edirik (Yaqub 5:16).

Əlaqə üçün:

Beynəlxalq məlumat xidməti: Deyvid Semonian, İctimai əlaqələr şöbəsi, tel.: +1 845 524 300