Kontentə keç

Pervomayski Rayon Məhkəməsinin binası (Qırğızıstan, Bişkek şəhəri)

1 DEKABR 2021
QIRĞIZISTAN

Qırğızıstanda məhkəmə Yehovanın Şahidlərinin 13 nəşrini qadağan etmək istəyir

Qırğızıstanda məhkəmə Yehovanın Şahidlərinin 13 nəşrini qadağan etmək istəyir

2 dekabr 2021-ci il tarixində Pervomayski Rayon Məhkəməsi (Qırğızıstan, Bişkek şəhəri) baş prokurorun Yehovanın Şahidlərinin 13 nəşrinin ekstremist elan edilməsi ilə bağlı iddia ərizəsini rədd etdi. İşə baxılmasını mümkün qədər sürətləndirməyə çalışan prokuror qardaşlarımıza işin materialları ilə tanış olmaq üçün kifayət qədər vaxt verməmişdi. Buna baxmayaraq, vəkillərimiz Gözətçi Qülləsi, Müqəddəs Kitab və Traktatlar Cəmiyyəti (Pensilvaniya) və Yehovanın Şahidlərinin Qırğızıstan Respublikasındakı Dini Mərkəzinin təfsilatlı etirazlarının işə əlavə edilməsinə nail ola bilmişdilər. Etirazlarda gətirilən arqumentləri nəzərə alaraq məhkəmə işdəki prosessual pozuntuları göstərdi və ona xitam verilməsi barədə qərar verdi. Prokuror bu qərardan on gün müddətində şikayət verə bilər.

Cümə axşamı, 2 dekabr 2021-ci il tarixində, Pervomayski Rayon Məhkəməsi (Qırğızıstan, Bişkek şəhəri) Yehovanın Şahidlərinin 13 nəşrinin ekstremist elan edilməsinə dair iş üzrə qərar çıxaracaq. İş materiallarından görünür ki, hakimiyyət orqanları Rusiyada baş verənləri təkrarlamaq istəyir və məqsəd yalnız nəşrləri qadağan etmək deyil. Məsələn, Qırğızıstan Respublikasının Milli Təhlükəsizlik Komitəsi Baş Prokurorluğa ünvanladığı məktubda göstəriş verib ki, «bu dini təşkilatın nəşrlərinin qadağan edilməsi prosesinə başlanılsın və onun fəaliyyətinin Qırğızıstan Respublikasının bütün ərazisində qadağan edilməsi məsələsinə baxılsın».