6 MAY 2015-Cİ İL
QVATEMALA
Qvatemala məktəbləri uşaqlar arasında zorakı davranışla mübarizədə Yehovanın Şahidlərindən ədəbiyyat istəyir
MEXİKO. Qvatemaladakı üç məktəb tədris planlarında istifadə etmək üçün Yehovanın Şahidlərindən nəşrlər istədilər. Şahidlər də onlara ispan və kiçe dillərində 3500 nüsxə ədəbiyyat göndərdi. Kiçe dili Amerika hindularının mayya tayfasına aiddir. Bu dildə Qvatemalanın qərb dağlıq bölgələrində danışılır.
Məktəblərin Yehovanın Şahidlərinə müraciət etmələrinə səbəb Şahidlərin kiçe dilində ədəbiyyat çap edən azsaylı təşkilatlardan biri olmasıdır. Üstəlik, onların bəzi nəşri birbaşa Qvatemala gənclərinin üzləşdiyi məsələlərə toxunur. Paraxe Ksepekdəki kənd ibtidai məktəbinin rəsmi sənədində professor Mariya Kortez qeyd edir ki, bu ədəbiyyatlar «cəmiyyətin çox ehtiyac duyduğu dəyərləri və əxlaqi prinsipləri yaşatmaq məqsədilə» sifariş olunub.
Son araşdırmalar göstərir ki, Qvatemalada gənclər arasında cinayətkarlıq və zorakılıq halları geniş yayılmışdır. Buna görə də Zorakılıqla Mübarizə Proqramı (ZMP) kimi təşkilatlar yaradılmışdı. Bu təşkilatların məqsədi «şagirdləri, valideynləri, müəllimləri, yerli hakimiyyəti və vətəndaş cəmiyyətini məktəblərdə təhlükəsizliyi qorumağa cəlb etmək, habelə gənc və yeniyetmələr üçün tədbirlərin keçirilməsi və peşə dərslərinin təşkil olunmasıdır». Bu təşəbbüslə də Kənd Təsərrüfatı yönümlü Təməl Təhsil Milli İnstitutu, Elisa Molina de Sdal adına ümumi kənd məktəbi və Paraxe Ksepekdəki ibtidai kənd məktəbi «Müqəddəs Kitab hekayələri» adlı kitabı kiçe dilində sifariş etdi. Kənd Təsərrüfatı yönümlü Təməl Təhsil Milli İnstitutu həmçinin, Yehovanın Şahidlərindən gənclər üçün olan «Gənclərin sualları. Praktiki məsləhətlər» adlı kitabın 1-ci və 2-ci cildini ispan dilində istədi. Məktəb bu nüsxələrdən valideynlərə də verdi ki, onlar uşaqlarına mədəniyyət dərsi ilə bağlı ev tapşırıqlarını yerinə yetirməyə kömək edə bilsinlər. Bundan əlavə, məktəb öz tədris planına Yehovanın Şahidləri tərəfindən hazırlanmış «Avara oğul qayıdır» adlı filmi də daxil edib.
Yehovanın Şahidlərinin Qvatemaladakı nümayəndəsi Erik de Paz deyir: «Əsas məqsədimiz xoş xəbəri ev-ev təbliğ etmək olsa da, çox şadıq ki, gənclərə kömək etmək üçün müəllimlər və valideynlər bizim ədəbiyyatlarımızdan faydalanırlar».