Kontentə keç

20 İYUL 2020
RUMINİYA

Rumıniyada mer yardım işlərindəki köməyə görə qardaşlarımızı tərifləyib

Rumıniyada mer yardım işlərindəki köməyə görə qardaşlarımızı tərifləyib

2020-ci ilin iyun ayında Rodna kommunasında (Rumıniya, Transilvaniya) şiddətli leysan yağışları daşqına səbəb oldu. Nəticədə, qardaşlarımızın yaşadığı altı evə ziyan dəydi. 27 iyun 2020-ci il tarixində Rodnadakı rayon nəzarətçisi yerli ağsaqqallarla birgə təcili yardım işlərini təşkil etdi. Yardım işlərində yaxınlıqdakı üç yığıncaqdan 25 bacı-qardaş iştirak etdi a. Rodnanın meri yerli media vasitəsilə buna görə qardaşlarımızı təriflədi.

Rodna kommunası çoxlu çaylar axan vadidə yerləşir. Daşqın özü ilə ağır çay çöküntüləri gətirdi və nəticədə, yaxınlıqdakı şəhərciklərə giriş-çıxış mümkünsüz oldu. Bacılarımızdan birinin yaşadığı ev mer və onun işçilərinin təmizlədiyi ərazidə yerləşirdi. Onlar palçıq və qırıntıları təmizləməkdə çətinlik çəkirdilər. Qardaşlarımız gələndə bacının evini təmizləmək üçün həmin ərazini də təmizlədilər. Bununla onlar yerli orqanların yardım işlərinə xeyli kömək etdilər.

Sonradan mer yerli televiziya kanalında müsahibə verərkən qardaşlarımızı təriflədi. O dedi: «Mənə çox təsir edən qeyri-adi hadisəni danışmaq istəyirəm... Yardım işlərinin birinci günündə biz ekskavator və özüboşaldanla işləyirdik. Lakin palçıq və qırıntı çox olduğundan işi qurtara bilmirdik. Növbəti gün 30-dan çox Yehovanın Şahidi köməyimizə çatdı. Onların hamısı könüllü idi. Axşama işi qurtardıq... Yehovanın Şahidləri həmin ərazinin tamamilə təmizlənməsinə çox böyük töhfə verdilər. Onların hamısına ürəkdən minnətdaram!»

Bundan əlavə, mer saytların birində qardaşlarımıza növbəti sözləri ünvanladı: «Qoy Yehova Öz dərgahından sizin hamınıza çoxlu xeyir-dua, uzun ömür və can sağlığı versin!»

Rumıniyada baş vermiş bu hadisə göstərir ki, bizim gözəl davranışımız səmavi Atamız Yehovaya şərəf gətirir (1 Butrus 2:12).

a Pandemiya ucbatından əksər təmir işləri təxirə salınsa da, bu evlərə təcili təmir lazım idi.