Kontentə keç

Vladimir Suvorov yoldaşı Valentina ilə

15 İYUN 2021
RUSİYA

Çelyabinskdə 75 yaşlı qardaş imanına görə cinayət təqibinə məruz qalır

Çelyabinskdə 75 yaşlı qardaş imanına görə cinayət təqibinə məruz qalır

YENİLƏNİB | Vladimir Suvorovun apelyasiya şikayəti təmin edilmədi

15 oktyabr 2021-ci il tarixində Çelyabinsk Vilayət Məhkəməsi Vladimir Suvorovun apelyasiya şikayətini rədd etdi. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə qaldı. Cəza şərti olduğu üçün bu dəfə qardaş həbsxanaya salınmayacaq.

1 iyul 2021-ci il tarixində Çelyabinskin Metallurqiçeski Rayon Məhkəməsi 75 yaşlı qardaşımız Vladimir Suvorovu altı il müddətinə şərti həbs cəzasına məhkum etdi.

Qardaş barədə məlumat

Vladimir Suvorov

  • Doğulduğu il: 1946 (Çelyabinsk)

  • Bioqrafiya. Maşinist və teatrda aktyor işləyib. Sovet hakimiyyəti illərində mədəniyyət sarayının direktor müavini vəzifəsində çalışıb. Mahnı bəstələməyi və gitara çalmağı sevir..

    1973-cü ildə Valentina ilə evlənib. 1993-cü ildə Yehovanın Şahidi kimi vəftiz olunub. İqor adında bir oğlu var idi. 2014-cü ildə o, xərçəng xəstəliyindən vəfat etdi.

Cinayət işi haqda məlumat

16 yanvar 2020-ci il tarixində Çelyabinskdə 75 yaşlı qardaşımız Vladimir Suvorov barədə cinayət işi açıldı. Çelyabinsk vilayəti üzrə müstəntiq Vladimiri dini mərasimlər təşkil etməkdə, o cümlədən dini nəğmələr oxumaqda, dua etməkdə və Müqəddəs Kitabı müzakirə etməkdə ittiham etdi.

2020-ci ilin fevral ayında Vladimiri sorğu-sual etməyə başladılar və ondan başqa yerə getməmək barədə iltizam götürdülər. 17 iyun 2020-ci il tarixində ona qarşı rəsmi ittiham irəli sürüldü. Vladimir deyir ki, bu ədalətsizlik həyatda üzləşdiyi ən böyük çətinliklərdən biridir. Ancaq o əlavə edir: «Yehova bizi atmır... Onunla münasibətlərimiz günü-gündən möhkəmlənir. Valentina ilə Yehovanın bizə necə dayaq olduğunu hiss edirik. O hətta başqa yığıncaqlardan olan bacı-qardaşlar vasitəsilə bizi ruhlandırır, bizə güc və təsəlli verir».

11 mart 2021-ci il tarixində 73 yaşlı Valentina iki il müddətinə şərti həbs cəzasına məhkum edildi. Onun işinə Vladimirin işinə baxan məhkəmə baxmışdı. Ər-arvad əmindir a ki, Yehova bundan sonra da onların tərəfində olub onlara dayaq olacaq (Zəbur 118:6).

a Suvorovlar ailəsi ilə müsahibə «Rəhbərlik Şurasının müraciəti 4» proqramında təqdim olunub (10:02).