24 YANVAR 2022 | YENİLƏNİB: 29 DEKABR 2023
RUSİYA
Aleksandr Polozov və Stepan Şevelyov Yehovanın dəstəyini görürlər | YENİLƏNİB. QARDAŞLAR MƏHKUM OLUNDU
29 dekabr 2023-cü il tarixində Krasnoyarsk Vilayətinin Norilsk Şəhər Məhkəməsi Aleksandr Polozov və Stepan Şevelyovu təqsirli bilərək altı il müddətinə şərti həbs cəzasına məhkum etdi. Cəza şərti olduğu üçün qardaşlar həbsxanaya salınmayacaqlar.
Hadisələrin gedişatı
20 oktyabr 2019-cu il
Xüsusi təyinatlılar Norilsk şəhərində turistik bazanı əhatə etdilər. 50-dən çox Yehovanın Şahidi tutuldu
26 oktyabr 2019-cu il
Aleksandr həbsə alındı və istintaq təcridxanasına salındı
21 yanvar 2020-ci il
Təxminən üç aydan sonra Aleksandr istintaq təcridxanasından azad edildi
19 fevral 2020-ci il
Aleksandrın adı ekstremistlər siyahısına salındı; onun bank hesabları donduruldu
6 may 2021-ci il
Stepan Aleksandrla «qabaqcadan əlbir olaraq cinayət törətməkdə» — dua və təbliğ etməkdə ittiham edildi
Qardaşlar barədə məlumat
Biz əminik ki, Yehova yorulmadan salehliyə can atan əziz bacı-qardaşlarımıza dəstək olmağa davam edəcək (Hakimlər 8:4).