30 AVQUST 2024
RUSİYA
Aleksandr Salnikov qardaşa altı il şərti həbs cəzası kəsildi
22 avqust 2024-cü il tarixində Çelyabinsk Vilayətinin Maqnitoqorsk Şəhərinin Orconikidze Rayon Məhkəməsi Aleksandr Salnikov qardaşı təqsirli bilib, altı il müddətinə şərti həbs cəzasına məhkum etdi. Cəza şərti olduğu üçün qardaş həbsxanaya salınmayacaq.
Qardaş barədə məlumat
Biz çox minnətdarıq ki, mehriban Allahımız istənilən sınağa tab gətirməyimiz üçün bizə lazımi keyfiyyətlər yetişdirməyə kömək edir (Qalatiyalılara 5:22, 23).
Hadisələrin gedişatı
18 aprel 2023-cü il
Cinayət işi açılır. Videokonfrans vasitəsilə görüşlər təşkil etməkdə ittiham olunur
20 aprel 2023-cü il
Maqnitoqorskda Aleksandr qardaşın evi də daxil olmaqla, bir neçə evdə axtarış aparılır. Aleksandr qardaş tutulur və müvəqqəti həbs olunur
22 aprel 2023-cü il
Həbsdən azad edilir və ondan başqa yerə getməmək barədə iltizam alınır
14 may 2024-cü il
Cinayət işi üzrə məhkəmə icraatı başlayır
22 avqust 2024-cü il
Təqsirli bilinərək altı il müddətinə şərti həbs cəzasına məhkum edilir