8 OKTYABR 2020
RUSİYA
Anatoli Tokarev üç il yarım müddətinə həbsə məhkum edilə bilər
Qərarın elan ediləcəyi tarix
23 oktyabr 2020-ci il tarixində a Kirovun Oktyabrski Rayon Məhkəməsinin Anatoli Tokarevin işi üzrə qərar qəbul etməsi gözlənilir. O, üç il yarım müddətinə həbsə məhkum edilə bilər.
Qardaş haqqında məlumat
Anatoli Tokarev
Doğulduğu il: 1958 (Kirov vilayəti, Baranovskaya kəndi)
Bioqrafiya. Anası onu tək böyüdüb. Pensiyaya çıxmazdan öncə mühəndis-proqramçı işləyib. Şəkil çəkməyi, şahmat oynamağı və akkordeon çalmağı sevir. 1979-cu ildə Marqarita ilə evlənib. İki övladı var.
Elmi sahədə işlədiyi üçün qatı ateist idi. 27 yaşında Yehovanın Şahidləri ilə Müqəddəs Kitabı öyrənməyə başladı və başa düşdü ki, Müqəddəs Kitab təlimləri elmə zidd deyil.
Cinayət işi haqda məlumat
24 may 2019-cu il tarixində Rusiyanın Ekstremizmlə Mübarizə Mərkəzinin əməkdaşları Anatoli Tokarevin evinə reyd keçirdi. Onu sorğu-sual etdilər və hədə-qorxu gəldilər ki, əgər «ekstremist» fəaliyyətdə iştirak etdiyini boynuna almasa, ailə üzvlərinə qarşı ittihamlar irəli sürüləcək. Sonra sorğu-sualı davam etdirmək üçün Anatoli qardaşı istintaq şöbəsinə apardılar.
Təxminən beş ay sonra Anatoli Tokarevə qarşı Rusiyanın Cinayət Məcəlləsinin iki maddəsi ilə ittiham irəli sürüldü. O, «ekstremist» təşkilatı maliyyələşdirməkdə ittiham edilir. Prokuror həmçinin Tokarevlərin evində aparılmış gizli audioyazılara istinad edərək iddia edir ki, Anatoli Tokarev qadağan edilmiş «ekstremist» ədəbiyyatın araşdırıldığı yığıncaqlar təşkil edib.
Anatoli Tokarev və onun ailə üzvləri üçün dua edirik. Əminik ki, Yehova Ona sadiq olanları tərk etməyəcək (Zəbur 18:25).
a Tarix dəyişə bilər.