24 NOYABRA 2021
RUSİYA
Andrey Kolesniçenko xilqətdən güc alır | YENİLƏNİB
30 iyun 2022-ci il tarixində Tomsk Vilayət Məhkəməsi Andrey Kolesniçenkoya təyin olunmuş dörd il həbs müddətini dörd illik şərti həbs cəzası ilə əvəz edib. O, məhkəmə zalından dərhal azadlığa buraxılıb.
19 yanvar 2022-ci il tarixində Tomsk Vilayətinin Seversk Şəhər Məhkəməsi Andrey Kolesniçenkonu dörd il müddətinə həbsə məhkum etdi.
Hadisələrin gedişatı
7 iyul 2021-ci il
Andreyin işi üzrə məhkəmə araşdırması başladı.
21 may 2021-ci il
Onu Yehovanın Şahidlərinin ibadət görüşlərində iştirak etməkdə ittiham etdilər.
25 mart 2021-ci il
Andrey barədə cinayət işi açıldı.
14 iyul 2020-ci il
FTX əməkdaşları, Kolesniçenkolar da daxil olmaqla, Seversk şəhərində Yehovanın Şahidlərinin yaşadıqları beş evə reyd keçirdilər.
Qardaş barədə məlumat
Rusiyadakı bacı-qardaşların Yehovaya güvəndiklərini görmək çox xoşdur. Onların nümunəsi bizi ürəkləndirir və «Allahın sözünü... qorxmadan təbliğ [etməyə]» təşviq edir (Filippililərə 1:13, 14).