14 OKTYABR 2020
RUSİYA
Apellyasiya məhkəməsi Yevgeni Spirin barədə çıxarılmış qərarı dəyişməz saxladı
14 oktyabr 2020-ci il tarixində İvanovo Vilayət Məhkəməsi 2020-ci ilin iyul ayında qardaşımız Yevgeni Spirin barədə çıxarılmış qərarı dəyişməz saxladı. Belə ki, birinci instansiya məhkəməsinin qərarı ilə o təqsirli bilinərək cərimə olunmuşdu. Prokuror vilayət məhkəməsindən xahiş etmişdi ki, işi təkrar baxışa göndərsin, lakin məhkəmə onun xahişini rədd etdi. Çox ehtimal ki, ittiham tərəfi son qərardan şikayət verəcək və Yevgeni qardaş üçün yenə də yeddiillik həbs cəzası istəyəcək.