Kontentə keç

Soldan sağa: Rustam Diarov, Yevgeni İvanov həyat yoldaşı Olqa ilə, Sergey Klikunov

21 OKTYABR 2021 | YENİLƏNİB: 26 DEKABR 2022
RUSİYA

Azadlıqdan məhrum olsalar da, sevinclərini itirmirlər | YENİLƏNİB. CƏZA MÜDDƏTİ ARTIRILDI

Azadlıqdan məhrum olsalar da, sevinclərini itirmirlər | YENİLƏNİB. CƏZA MÜDDƏTİ ARTIRILDI

22 dekabr 2022-ci il tarixində Dördüncü Ümumi Yurisdiksiya Kassasiya Məhkəməsi Rustam Diarov, Sergey Klikunov, Yevgeni İvanov və onun həyat yoldaşı Olqaya verdiyi cəzanı ağırlaşdırıb. Hakim qərar verib ki, cəza müddətləri bitəndən sonra da onlar Həştərxanı tərk edə bilməzlər. Onlar məhkəməyəqədər həbsdə olduqlarına görə məhkəmə dinləməsinə videokonfrans vasitəsilə qoşulublar.

3 mart 2022-ci il tarixində Həştərxan Vilayət Məhkəməsi Rustam Diarov, Sergey Klikunov, Yevgeni İvanov və onun həyat yoldaşı Olqanın apelyasiya şikayətini təmin etmədi. Onların dördü də həbsdə qalacaq.

Hadisələrin gedişatı

  1. 25 oktyabr 2021-ci il

    Həştərxan Şəhərinin Trusovski Rayon Məhkəməsinin qərarı ilə Rustam, Yevgeni və Sergey səkkiz il, Yevgeninin həyat yoldaşı Olqa isə üç il yarım müddətinə həbsə məhkum edildi. Qardaşların üçü də istintaq təcridxanasında saxlanılırdı. Olqa bacı qərar elan ediləndən dərhal sonra həbs olundu.

  2. 11 iyun 2020-ci il

    Rustam, Yevgeni və Sergey istintaq təcridxanasına göndərildi, Olqanı isə ev dustaqlığına saldılar.

  3. 9 iyun 2020-ci il

    Güc strukturlarının 100-dən çox əməkdaşı Həştərxanda Yehovanın Şahidlərinin yaşadığı 27 evə reyd keçirdi. Rustam, Yevgeni, Olqa və Sergeyi müvəqqəti saxlama kamerasına saldılar.

  4. 8 iyun 2020-ci il

    Rustam, Yevgeni, Olqa və Sergey barədə cinayət işi açıldı. Qardaşları ekstremist fəaliyyəti təşkil etməkdə və maliyyələşdirməkdə, Olqanı isə ekstremist fəaliyyətdə iştirak etməkdə ittiham etdilər.

Dindaşlarımız barədə məlumat

Bəli, Yehova həmişə sınaqlar zamanı Ona sadiq qalanların yanındadır. Bu fikir bizə təsəlli verir (Zəbur 139:5, 10).