13 İYUN 2024
RUSİYA
Bacımız Olqa İvanova Rusiyada azadlığa buraxıldı
2024-cü il iyunun 11-də bacımız Olqa İvanova Rusiyanın Zelenokumsk şəhərində həbsxanadan azad edilmişdi. O, 2021-ci il oktyabrın 25-də təqsirli bilinərək üç il altı ay müddətinə məhkum edilmişdi. Nəzərə alsaq ki, bacımız həbs edilməzdən əvvəl təxminən bir il dörd ay ev dustaqlığında olub, o, cəzasını tam olaraq çəkib qurtarmış hesab olunur. Onun həyat yoldaşı Yevgeni eyni cinayət işi üzrə təqsirli bilinmişdi və hal-hazırda səkkiz illik həbs cəzasını çəkir.
Həbsdə olarkən Olqa həftənin 6 günü 12 saat ərzində ağır fiziki əməklə məşğul olurdu. Onu bir neçə dəfə bir həbsxanadan digərinə keçirmişdilər. Bu, Olqanın dul qalmış yaşlı anası Svetlana üçün çətinliklər yaradırdı. O, qızına istədiyi zaman baş çəkə bilmirdi. Svetlana Yehovanın onlara necə dəstək olduğu haqda danışır: «Olqanı hər dəfə başqa həbsxanaya göndərəndə oradakı bacı-qardaşlarımız onun qeydinə qalırdılar. Sağ olsunlar, onlar Olqaya yemək və lazımi şeylər gətirmək üçün saatlarla növbədə dururdular, imkan yaranan kimi ona baş çəkməyə çalışırdılar. Üstəlik, mən gələndə məni evlərinə qəbul edirdilər və lazımi köməklik göstərirdilər. Onlara çox minnətdaram».
Həbsdə Olqanın qeydinə qaldığı üçün biz də Yehovaya çox minnətdarıq. Bacımızın azadlığa buraxıldığına görə çox sevinirik, eyni zamanda hal-hazırda həbsdə olan həyat yoldaşına və digər məhbuslara görə dua edirik. Əminik ki, Yehova onlardan öz məhəbbətini əsirgəməyəcək (Yaradılış 39:21).