25 NOYABR 2022 | YENİLƏNİB: 8 DEKABR 2022
RUSİYA
«Bilirik ki, biz tək deyilik» |YENİLƏNİB. QARDAŞA HÖKM OXUNDU
7 dekabr 2022-ci il tarixində Çelyabinsk Şəhərinin Metallurgiçeski Rayon Məhkəməsi Vadim Qizatulini iki il müddətinə şərti həbs cəzasına məhkum edib. Cəza şərti olduğu üçün qardaş həbsə salınmayacaq.
Qardaş barədə məlumat
Biz də əmin ola bilərik ki, təqiblər qarşısında tək deyilik. Yehova Öz sadiq xidmətçilərindən heç vaxt üz döndərmir (Zəbur 9:9, 10).
Hadisələrin gedişatı
26 mart 2019-cu il
Vladimir Suvorov barəsində aparılan istintaqın bir hissəsi kimi Vadimin də evində axtarış aparıldı.
31 avqust 2021-ci il
Vadim barədə cinayət işi açıldı və o, qadağan edilmiş dini təşkilatın fəaliyyətində iştirak etməkdə ittiham olundu.
22 oktyabr 2021-ci il
Qardaşın evində ikinci dəfə axtarış aparıldı. O və yoldaşı sorğu-sual olundu.
14 iyul 2022-ci il
Başqa yerə getməmək barədə iltizam alındı.
18 avqust 2022-ci il
Cinayət işi üzrə məhkəmə icraatı başladı.