Kontentə keç

Dmitri Terebilov həyat yoldaşı İrina ilə

5 AVQUST 2021
RUSİYA

Dörd məhkumluğu olan Dmitri Terebilov ilk dəfə imanına görə məhkum olunmaq təhlükəsi ilə üzləşib | YENİLƏNİB

Dörd məhkumluğu olan Dmitri Terebilov ilk dəfə imanına görə məhkum olunmaq təhlükəsi ilə üzləşib | YENİLƏNİB

22 sentyabr 2022-ci il tarixində İkinci Ümumi Yurisdiksiya Kassasiya Məhkəməsi Dmitri Terebilovun ikinci apelyasiya şikayətini təmin etməyib. Qardaş hələ də həbsdədir.

12 yanvar 2022-ci il tarixində Kostroma Vilayət Məhkəməsi Dmitrinin apelyasiya şikayətini təmin etmədi.

Hadisələrin gedişatı

  1. 6 sentyabr 2021-ci il

    Kostroma Şəhərinin Sverdlovski Rayon Məhkəməsi Dmitrini üç il müddətinə həbsə məhkum etdi. Qərar elan ediləndən dərhal sonra qardaş həbs olundu.

  2. 8 sentyabr 2020-ci il

    Dmitrinin cinayət işi üzrə məhkəmə araşdırılması başladı.

  3. 25 may 2020-ci il

    Dmitriyə qarşı rəsmi ittiham irəli sürüldü və ondan başqa yerə getməmək barədə iltizam götürüldü.

  4. 19 sentyabr 2019-cu il

    Dmitrinin bank hesabları donduruldu.

  5. 13 iyun 2019-cu il

    Qadağan olunmuş ədəbiyyat paylamaqda və qadağan olunmuş təşkilatın yığıncaqlarında iştirak etməkdə şübhəli bilinən Dmitri barədə cinayət işi açıldı.

  6. 25 iyul 2018-ci il

    Dmitri və yoldaşı evdə olmayanda onun evində axtarış aparıldı. Bu zaman o, Moldovada keçirilmiş regional toplantıdan evə qayıdırdı. Onlar evə gələn kimi tutulub sorğu-sual edildilər.

Qardaş barədə məlumat

Biz əminik ki, «Məsihin adına görə təhqir [edilməyin]» gətirdiyi sevinci yaşayan Dmitrinin üzərində «şərəf ruhu, yəni Allahın ruhu» var (1 Butrus 4:14).