Kontentə keç

Soldan sağa: Marat Abdulqalimov, Arsen Abdullayev, Anton Derqalyov və Mariya Karpova

20 AVQUST 2021 | YENİLƏNİB: 28 NOYABR 2022
RUSİYA

Dağıstandakı dindaşlarımız Yehovanın köməyini hiss edir | YENİLƏNİB. HÖKM OXUNUB

Dağıstandakı dindaşlarımız Yehovanın köməyini hiss edir | YENİLƏNİB. HÖKM OXUNUB

24 noyabr 2022-ci il tarixində Mahaçqala Şəhərinin Kirovski Rayon Məhkəməsi Marat Abdulqalimov, Arsen Abdullayev, Anton Derqalyov və Mariya Karpovanın işi üzrə qərar çıxarıb. Onlar altı ildən altı il altı ay müddətinədək şərti həbs cəzasına məhkum olunublar. Cəza şərti olduğu üçün onlar həbsə salınmayacaq.

Hadisələrin gedişatı

  1. 27 may 2020-ci il

    362 gün istintaq təcridxanasında keçirdikdən sonra Maratı, Arseni, Antonu və Mariyanı ev dustaqlığına keçirdilər.

  2. 4 iyun 2019-cu il

    Mahaçqala Şəhərinin Sovetski Rayon Məhkəməsinin qərarı ilə onların dördü də istintaq təcridxanasına göndərildi.

  3. 1 iyun 2019-cu il

    FTX və Rusiyanın məxfi polis əməkdaşları Dağıstanda Yehovanın Şahidlərinin yaşadığı 13 evə reyd keçirdilər.

  4. 27 may 2019-cu il

    FTX-nın Dağıstan idarəsi Marat, Arsen, Anton və Mariya barədə cinayət işi açdı.

Dindaşlarımız barədə məlumat

Biz əminik ki, Yehova xalqını müdafiə etmək və ona dəstək olmaq üçün adına uyğun olaraq lazım olan kəs ola bilər (Çıxış 3:14).