8 APREL 2024 | YENİLƏNİB: 1 İYUL 2024
RUSİYA
Həbsxanada Yehovanın qayğısını hiss edirlər | YENİLƏNİB. HƏBSƏ MƏHKUM EDİLDİLƏR
26 iyun 2024-cü il tarixində Rostov Vilayətinin Novoçerkassk Şəhər Məhkəməsi Lyubov Qalitsına, Qaregin Xaçaturyan və Qevorq Yeritsyanı təqsirli bildi. Lyubov bacı iki il üç ay müddətinə həbsə məhkum edildi. Amma onun məhkəməyədək həbsdə keçirdiyi müddət nəzərə alındığı üçün o, cəzanı çəkmiş sayıldı və həbsxanaya göndərilmədi. Qaregin qardaş altı il altı ay, Qevorq qardaş isə altı il iki ay müddətinə həbsə məhkum edildilər. Qardaşlar hələ də həbsxanada saxlanılacaqlar.
Dindaşlarımız barədə məlumat
Təqibçilər bizə zərər yetirməyə çalışsalar da, biz əminik ki, Yehova sədaqətli xidmətçilərinə bol nemətlər bəxş edəcək və hər şeyi bizim xeyrimizə döndərəcək (Yaradılış 50:20).
Hadisələrin gedişatı
11 avqust 2022
Lyubov, Qaregin və Qevorq barəsində cinayət işi açılır. Evlərində axtarış aparılır. Qaregin və Qevorq təcridxanaya salınır
12 avqust 2022
Qaregin və Qevorq məhkəməyədək həbsə salınır
16 avqust 2022
Lyubov təcridxanaya salınır
17 avqust 2022
Lyubov məhkəməyədək həbsə salınır
20 sentyabr 2023
Cinayət işi üzrə məhkəmə icraatı başlayır
25 dekabr 2023
Lyubov məhkəməyədək həbsdən azad edilir və ev dustaqlığına keçirilir