Kontentə keç

Oleq Danilov

31 MART 2021
RUSİYA

Qısa məhkəmə araşdırmasından sonra Oleq Danilov üç il müddətinə həbsə məhkum edildi

Qısa məhkəmə araşdırmasından sonra Oleq Danilov üç il müddətinə həbsə məhkum edildi

YENİLƏNİB | Oleq Danilovun apelyasiya şikayəti təmin edilmədi

25 may 2021-ci il tarixində Krasnodar Vilayət Məhkəməsi Oleq Danilovun apelyasiya şikayətini təmin etmədi. Birinci instansiya məhkəməsinin qərarı ilə o, üç il müddətinə həbsə məhkum edilmişdi. Həmin qərar qüvvədə qaldı.

Hökm

30 mart 2021-ci il tarixində Krasnodar vilayətinin Abinski Rayon Məhkəməsi Oleq Danilovun işi üzrə qərarını elan etdi. Onu üç il müddətinə həbsə məhkum etdilər. Qardaş məhkəmə zalındaca həbs edildi.

Qardaş barədə məlumat

Oleq Danilov

  • Doğulduğu il: 1974 (Sibir, Usolye-Sibirskoye)

  • Bioqrafiya. 1958-ci ildə nənə və babası Sibirə sürgün edilmiş Yehovanın Şahidlərindən Müqəddəs Kitab təlimləri haqda öyrənmişdilər. Valideynləri onu məsihi kimi böyüdüb. 1991-ci ildə vəftiz olunub.

  • 1995-ci ildə Nataliya ilə evləndi. İki oğlu var. Ailəlikcə səyahət etməyi və təbiət qoynunda vaxt keçirməyi sevirlər.

Cinayət işi haqda məlumat

Danilovlar ailəsinin yaşadığı evdə ilk dəfə axtarış 29 aprel 2020-ci il tarixində keçirildi. Hüquq-mühafizə orqanlarının əməkdaşları evdə qadağan olunmuş materiallar tapmasa da, mobil telefonlarını və digər şəxsi əşyalarını müsadirə etdilər. Heç bir sübutun olmamasına baxmayaraq, 2020-ci ilin noyabr ayında onun barəsində cinayət işi açıldı. Onu dini təlim verməkdə, nitqlərlə çıxış etməkdə və Müqəddəs Kitab müzakirələrində iştirak etməkdə ittiham etdilər.

2 dekabr 2020-ci il tarixində səhər saat 6-da Oleqgilin evinə ikinci dəfə reyd keçirildi. Bu dəfə axtarış daha sərt keçdi. Sonra onu polis şöbəsinə aparıb sorğu-sual etdilər.

Oleqin cinayət işinin məhkəmədə araşdırılması çox çəkmədi. Birinci iclas 23 mart 2021-ci il tarixinə təyin edildi. Müstəntiq O. İ. Komissarov 63 yaşlı Aleksandr İvşin qardaşın da işini aparmışdı. Aleksandr qardaşa qısa məhkəmə araşdırılmasından sonra indiyədək məhkəmələrin dindaşlarımıza verdiyi ən sərt cəzalardan biri — yeddi il yarım müddətinə həbs cəzası təyin edilmişdi.

Bütün bunlar Oleqə və ailəsinə pis təsir etsə də, biz əminik ki, Yehova Allah Onun adı naminə çəkdikləri zəhməti heç vaxt unutmayacaq (İbranilərə 6:10).