Kontentə keç

Qalina Kobeleva və oğlu Sergey Kobelev

15 İYUN 2022 | YENİLƏNİB: 23 DEKABR 2022
RUSİYA

Qalina Kobeleva məhkəmədə şahidlik verməyə qətiyyətlidir | YENİLƏNİB. APELYASİYA MÜRACİƏTİ

Qalina Kobeleva məhkəmədə şahidlik verməyə qətiyyətlidir | YENİLƏNİB. APELYASİYA MÜRACİƏTİ

21 dekabr 2022-ci il tarixində Primorye Vilayət Məhkəməsi Qalina Kobelevanın apelyasiya müraciətini qismən təmin etdi. O, artıq məhkəmə xərclərini ödəməli deyil. Onun altı illik həbs cəzası isə qüvvədə qalır.

20 oktyabr 2022-ci il tarixində Primorye Vilayətinin Lesozavodski Rayon Məhkəməsi Qalina Kobelevanı təqsirli bilərək altı il müddətinə şərti həbs cəzasına məhkum etdi. Cəza şərti olduğu üçün bacı həbsə salınmayacaq.

Hadisələrin gedişatı

  1. 12 may 2020-ci il

    Primorye vilayətinin güc strukturları Qalinanın evi də daxil olmaqla, dörd Yehovanın Şahidinin evində axtarış apardı. Həm Qalina, həm də oğlu Sergey sorğu-sual edildi və istintaq təcridxanasına aparıldı.

  2. 8 mart 2021-ci il

    Hakimiyyət Qalinaya qarşı cinayət işi açdı. Onu ekstremist təşkilatın fəaliyyətində iştirak etməkdə ittiham etdilər.

  3. 7 aprel 2021-ci il

    Qalinadan başqa yerə getməmək barədə iltizam götürüldü.

  4. 29 oktyabr 2021-ci il

    Cinayət işi üzrə məhkəmə araşdırması başladı.

Bacı barədə məlumat

Minnətdarıq ki, Yehova Qalina kimi, Onun adını cəsarətlə müdafiə edən sadiq xidmətçilərini «genişliyə [çıxarır]» (2 İşmuil 22:18—21).