Kontentə keç

20 MART 2019
RUSİYA

Rusiya Məhkəməsi Surqutda həbsdə olan üç Yehovanın Şahidindən birini azadlığa buraxıb

Rusiya Məhkəməsi Surqutda həbsdə olan üç Yehovanın Şahidindən birini azadlığa buraxıb

7 mart 2019-cu ildə Rusiyanın Xantı-Mansiysk Apellyasiya Məhkəməsi Surqut Şəhər Birinci İnstansiya Məhkəməsinin Artur Severinçikin tutulması barədə çıxardığı qərarını ləğv edib. Martın 15-i o, istintaq təcridxanasından buraxılıb.

Artur Severinçik Surqut və Lyantor şəhərlərində keçirilmiş reyd nəticəsində fevralın 17-si həbs edilmiş üç qardaşdan biridir. Məhkəmə digər iki qardaşı — Yevgeni Fedin və Sergey Loqinovu buraxmaq tələbini təmin etməyib.

Vəziyyət beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib. Avropa İnsan Hüquqları Məhkəməsi həbsdə fiziki işgəncələrə məruz qalan Loqinov qardaşın müstəqil tibbi müayinədən keçirilməsini Rusiya hökumətinə həvalə edib.

Severinçik qardaşın azadlığa buraxılmasına çox sevinirik. Dua edirik ki, Rusiyada həbsdə olan qardaşlarımız Yehovaya güvənməyə davam etsinlər və unutmasınlar ki, Yehovanın köməyilə onlar əsla sarsılmayacaqlar (Zəbur 16:8).