Kontentə keç

25 MART 2020
RUSİYA

Rusiyada ilk dəfə Yehovanın Şahidləri barədə ittiham hökmü ləğv edilib

Rusiyada ilk dəfə Yehovanın Şahidləri barədə ittiham hökmü ləğv edilib

25 mart 2020-ci il tarixində Penza Vilayət Məhkəməsi qardaşlarımız Vladimir Aluşkin, Vladimir Kulyasov, Andrey Maqliv və Denis Timoşin, eləcə də bacılarımız Tatyana Aluşkina və Qaliya Olxova barəsində çıxarılmış ittiham hökmünü ləğv edib. Onların işi təkrar baxışa göndəriləcək.

Vladimir Aluşkin yaxın günlərdə təcridxanadan azad ediləcək. Yeni qərar qəbul edilənə qədər ondan və işin digər iştirakçılarından başqa yerə getməmək barədə iltizam alınıb və digər məhdudiyyətlər qoyulub.