Kontentə keç

Rustam Seyidkuliyev həbsdən azad olunan gün həyat yoldaşı Yuliya ilə birlikdə (7 aprel, 2023)

19 OKTYABR 2023
RUSİYA

Rustam Seyidkuliyev Rusiya həbsxanasından azad olunaraq Türkmənistana deportasiya edildi

Rustam Seyidkuliyev Rusiya həbsxanasından azad olunaraq Türkmənistana deportasiya edildi

Rustam Seyidkuliyev 7 aprel, 2023-cü il tarixində Rusiya həbsxanasından azad edilib. Bir neçə aydan sonra, 17 sentyabr 2023-cü ildə Rusiya höküməti onun vətəndaşlığına xitam verdiyi üçün Türkmənistana deportasiya edildi. Həyat yoldaşı Yuliya tezliklə ona qovuşacağına ümid edir.

Rustam 7 aydan çox ev dustağı olub və təxminən 23 ayı dəmir barmaqlıqlar arxasında keçirib. Bütün bu müddət ərzində o müsbət əhval-ruhiyyəni və Yehovaya olan möhkəm imanını qoruyub. Həbsdən göndərdiyi məktubunda Rustam Müqəddəs Kitabdakı nümunələrin ona dözməyə necə kömək etdiyi barədə yazmışdı: «Nabut və Mefiboşetin nümunəsi məni xüsusilə ruhlandırır. Onlar haqsız yerə ittiham olunmuşdular, amma sədaqətlərini və imanlarını qorudular. Bu mənə dözməyə və diqqətimi ümidimə cəmləməyə kömək elədi».

Rustam həbsdə olduğu müddətdə yoldaşı Yuliyaya onu ancaq üç aydan bir ziyarət etməyə icazə verilmişdi. Amma onlar hər gün telefonla danışaraq, «Müqəddəs Yazıları hər gün araşdırın» kitabından gündəlik ayəni müzakirə edərək bir-birinə dayaq olurdular.

Həbsə salınmazdan qısa müddət əvvəl Rustam demişdi: «Başa düşdüm ki, hər şey Yehovanın nəzarəti altındadır və O lazım olan vaxtda, lazım olan tərzdə bizə kömək etməyə hazırdı. Odur ki, mən Ona tam şəkildə etibar etməliyəm».

Biz əminik ki, Yehova bundan sonra da Onu özünə pənah yeri seçən Rustam və Yuliyaya dayaq olacaq (Zəbur 91:2).