Kontentə keç

Yuxarı cərgə (soldan sağa): Vyaçeslav İvanov və Aleksandr Kozlitin

Aşağı cərgə (soldan sağa): Sergey Kulakov, Tatyana Kulakova və Yevgeni Yelin

2 NOYABR 2021
RUSİYA

Saxalində beş Yehovanın Şahidi ümidini Yehovaya bağlayır | YENİLƏNİB

Saxalində beş Yehovanın Şahidi ümidini Yehovaya bağlayır | YENİLƏNİB

11 may 2022-ci il tarixində Saxalin Vilayət Məhkəməsi Vyaçeslav İvanov, Aleksandr Kozlitin, Sergey Kulakov, Tatyana Kulakova və Yevgeni Yelinin apelyasiya şikayətini təmin etmədi. Birinci instansiya məhkəməsinin qərarı ilə onlara təyin edilmiş cəza şərti olduğu üçün onlar həbsə salınmayacaq.

31 yanvar 2022-ci il tarixində Saxalin Vilayətinin Nevelsk Şəhər Məhkəməsi Vyaçeslav, Aleksandr, Sergey, Tatyana və Yevgeninin işi üzrə qərarını elan etdi. Belə ki, Sergey və Yevgeni altı il yarım, Vyaçeslav, Aleksandr və Tatyana isə iki il müddətinə şərti həbs cəzasına məhkum edildilər.

Hadisələrin gedişatı

  1. 2020-ci il iyul ayı

    Vyaçeslav, Aleksandr, Sergey və Tatyanadan başqa yerə getməmək barədə iltizam götürüldü.

  2. 2 aprel 2020-ci il

    Yevgenidən başqa yerə getməmək barədə iltizam götürüldü.

  3. 20 yanvar 2019-cu il

    Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Yehovanın Şahidlərinin dininə etiqad etməkdə şübhəli bildikləri insanların yaşadığı 11 evə reyd keçirdilər. FTX əməkdaşları özlərini çox aqressiv aparırdılar, onlar böyüklərlə yanaşı, uşaqları da sorğu-sual edirdilər. Hadisə Rusiya Prezidenti Vladimir Putinin Yehovanın Şahidlərinin işinə baxacağını dedikdən sonra baş verdi.

Dindaşlarımız barədə məlumat

Əşiya peyğəmbər demişdi: «Allah nicatımdır. Ona güvənərəm, heç bir qorxum olmaz». Biz əminik ki, Yehova Əşiya kimi Ona güvənənlərdən Öz qayğısını əsirgəməyəcək (Əşiya 12:2).