Kontentə keç

Sergey Belousov

1 APREL 2022
RUSİYA

Sergey Belousov Allahın adını müdafiə edir | YENİLƏNİB

Sergey Belousov Allahın adını müdafiə edir | YENİLƏNİB

30 iyun 2022-ci il tarixində Tomsk Vilayət Məhkəməsi Sergey Belousovun apelyasiya şikayətini təmin etmədi. Cəza şərti olduğu üçün qardaş həbsə salınmayacaq.

14 aprel 2022-ci il tarixində Tomsk Vilayətinin Seversk Şəhər Məhkəməsi Sergey Belousovu üç il müddətinə şərti həbs cəzasına məhkum etdi.

Hadisələrin gedişatı

  1. 14 iyul 2020-ci il

    FTX əməkdaşları Yehovanın Şahidlərinin yaşadığı yeddi evdə, o cümlədən Sergeyin evində axtarış apardılar. Özünü Müqəddəs Kitabla maraqlanan şəxs kimi qələmə verən FTX əməkdaşı reyddən bir neçə ay qabaq yığıncaq görüşlərini videoya çəkirdi.

  2. 25 mart 2021-ci il

    Sergey barədə cinayət işi açıldı.

  3. 30 mart 2021-ci il

    Yığıncaq görüşlərini videoya çəkən FTX əməkdaşının təqdim etdiyi videoyazılar əsasında Sergeyə qarşı ittiham irəli sürüldü. O, videokonfrans vasitəsilə dini mərasimlərdə iştirak etməkdə, nəğmə oxumaqda və Yehova Allaha dua etməkdə ittiham edildi.

Qardaş barədə məlumat

Sergey kimi, biz də Yehovanın adını şərəfləndiririk və əminik ki, «O, xalqının gücünü ucaldacaq» (Zəbur 148:13, 14).