20 NOYABR 2020
RUSİYA
Sergey Ledenyov altı il həbsə məhkum edilə bilər
Qərarın elan ediləcəyi tarix
24 noyabr 2020-ci il tarixində a Kamçatka vilayətinin Petropavlovsk-Kamçatski Şəhər Məhkəməsinin Sergey Ledenyovun işi üzrə qərar qəbul etməsi gözlənilir. O, altı il müddətinə həbsə məhkum edilə bilər.
Qardaş haqqında məlumat
Sergey Ledenyov
Doğulduğu il: 1974 (Kamçatka vilayəti, Ossora)
Bioqrafiya. Ailədə altı uşaqdan biridir. Şəkil və rəsm çəkməyi sevir. Tikintidə bənna və üzçəkən işləyir. Əvvəllər Müqəddəs Kitabı elmə zidd olan və aktuallığını itirmiş kitab hesab edirdi. Lakin Yehovanın Şahidləri ilə onu araşdırmağa başlayanda fikrini dəyişdi. 2017-ci ildə Anna ilə evləndi. Annanın sözlərinə görə, Müqəddəs Kitab prinsiplərini tətbiq etməsi sayəsində Sergey sakit, qayğıkeş və mülayim insan oldu.
Cinayət işi haqda məlumat
2 dekabr 2018-ci il tarixində bir qrup maskalı və silahlı insan Sergey qardaşın Petropavlovsk-Kamçatskidəki evinə basqın etdi. Onu saxlayıb Rusiyanın Cinayət Məcəlləsinin 282.2 maddəsi ilə ittiham etdilər. Cinayət işi üzrə məhkəmə iclası 28 noyabr 2019-cu il tarixində başladı.
12 dekabr 2019-cu il tarixində Kamçatka vilayətinin Petropavlovsk-Kamçatski Şəhər Məhkəməsi işi prokurorluğa geri göndərdi. Məhkəmə ittiham aktında sübutların yetərli olmaması kimi ciddi qüsurlar aşkar etdikdə adətən işi geri göndərir. Bununla belə, 4 fevral 2020-ci il tarixində yuxarı instansiya məhkəməsi qərarı ləğv etdi və məhkəmə araşdırması yenidən başlandı. Məhkəmə iclaslarının birində Sergey qardaşın yoldaşı və digər bacı ifadə verərkən Sergey qardaşa qarşı yalan ifadə vermələri üçün onlara təzyiq göstərildi. Hər iki bacı bunu etməkdən imtina etdi.
Sergeyin imanına şərik olmayan qohumları onun imanına görə nə üçün cinayət təqibinə məruz qaldığını başa düşə bilmir.
Biz qardaşımız və onun yoldaşı üçün dua edirik və əminik ki, Yehovanın ruhu onların üzərindədir (1 Butrus 4:14).
a Tarix dəyişə bilər.