Kontentə keç

Yuri Yakovlev

9 SENTYABR 2022 | YENİLƏNİB: 20 MART 2023
RUSİYA

«Sevincim daha da alovlanıb» | YENİLƏNİB. HƏBS CƏZASI

«Sevincim daha da alovlanıb» | YENİLƏNİB. HƏBS CƏZASI

17 mart 2023-cü il tarixində Krasnoyarsk Vilayətinin Sosnovoborsk Şəhər Məhkəməsi Yuri Yakovlevi təqsirli bildi və onu altı il iki ay müddətinə həbsə məhkum etdi. Qardaş 2022-ci ilin mart ayından məhkəməyədək həbsdə olub.

Hadisələrin gedişatı

  1. İyun—dekabr 2021-ci il

    Hökumət nümayəndələri Yurinin telefon danışıqlarına qulaq asıb və onu izləyib.

  2. 28 mart 2022-ci il

    Barəsində cinayət işi açıldı. Onu ekstremist təşkilatın görüşlərini videokonfrans vasitəsilə təşkil etməkdə ittiham etdilər. Hüquq-mühafizə orqanları axtarış qərarı olmadan Yurinin evində axtarış apardılar.

  3. 29 mart 2022-ci il

    Başqa beş Yehovanın Şahidinin və Yurinin Müqəddəs Kitab dərsi keçdiyi bir kişinin evində də axtarış aparıldı. Yurini həbs etdilər və müvəqqəti həbs kamerasına saldılar.

  4. 30 mart 2022-ci il

    Onun barəsində məhkəməyədək həbs qətimkan tədbiri seçildi.

  5. 20 iyun 2022-ci il

    Cinayət işi üzrə məhkəmə icraatı başladı.

Qardaş barədə məlumat

Biz əminik ki, Yehova Ona bel bağlayan sadiq xidmətçilərinə həmişə dəstək olacaq və onlara güc verəcək (Əşiya 40:31).