26 AVQUST 2022 | YENİLƏNİB: 8 MART 2023
RUSİYA
Təqiblər zamanı sakitliyi və Yehovaya etibarı itirmirlər | YENİLƏNİB. CƏZA DƏYİŞDİRİLDİ
1 mart 2023-cü il tarixində Stavropol Vilayət Məhkəməsi Viktor Zimovski, Anatoli Gezik və onun həyat yoldaşı İrinanın işi üzrə qərarını elan etdi. Anatoli və Viktora təyin olunmuş cəza şərti həbs cəzası ilə əvəz olundu. Anatolidən artıq islah işləri görmək tələb olunmur. Viktor isə məhkəmə zalında azadlığa buraxıldı. İrina barəsində çıxarılmış şərti həbs cəzası dəyişdirilmədən saxlanıldı. Cəza şərti olduğu üçün bacı həbsə salınmayacaq.
14 noyabr 2022-ci il tarixində Stavropol Vilayətinin Georgiyevsk Şəhər Məhkəməsi Viktor Zimovski, Anatoli Gezik və onun həyat yoldaşı İrinanın işi üzrə hökm çıxarıb. Anatoli qardaş dörd il iki ay müddətinə islah işlərinə məhkum edilib. İrina dörd il iki ay müddətinə şərti həbs cəzasına məhkum edilib. Viktor qardaş isə altı il iki ay müddətinə həbs cəzasına məhkum olunub. Qardaş dərhal həbs edilib.
Hadisələrin gedişatı
23 oktyabr 2019-cu il
Hüquq-mühafizə orqanlarının əməkdaşları Georgiyevsk şəhərində Yehovanın Şahidi olan üç ailənin evində axtarış apardı. Axtarış zamanı polislər onları şərləmək üçün evlərinə əşya atdılar. Anatoli, İrina, Viktor və digər səkkiz Yehovanın Şahidi həbs olundu və bütün gecəni sorğu-suala çəkildi.
30 dekabr 2019-cu il
Anatoli, İrina və Viktor barəsində cinayət işi açıldı.
23 yanvar 2020-ci il
Viktor yenə sorğu-suala çağırıldı və o, müvəqqəti həbs kamerasına salındı. Növbəti gün onun barəsində məhkəməyədək həbs qətimkan tədbiri seçildi.
23 mart 2020-ci il
Viktor istintaq təcridxanasından ev dustaqlığına buraxıldı.
6 may 2020-ci il
Viktor ev dustaqlığından azad edildi. Ondan başqa yerə getməmək barədə iltizam alındı.
6 oktyabr 2021-ci il
İltizam qətimkan tədbiri ləğv olundu.
10 mart 2022-ci il
Cinayət işi üzrə məhkəmə icraatı başladı.
Dindaşlarımız barədə məlumat
Onlar sınaqlar qarşısında sevinclərini və ümidlərini itirmirlər, çünki bilirik ki, Yehova «Onu səmimi-qəlbdən çağıranlara yaxındır» (Zəbur 145:18).