Kontentə keç

Viktor Şayapov

10 AVQUST 2022
RUSİYA

Viktor Şayapov sınaqlar qarşısında sevincini itirmir | YENİLƏNİB. QARDAŞ MƏHKUM EDİLDİ

Viktor Şayapov sınaqlar qarşısında sevincini itirmir | YENİLƏNİB. QARDAŞ MƏHKUM EDİLDİ

7 noyabr 2022-ci il tarixində Penza Vilayətinin Nikolski Rayon Məhkəməsi Viktor Şayapovu təqsirli bilərək iki il müddətinə şərti həbs cəzasına məhkum etdi. Cəza şərti olduğu üçün qardaş həbsə salınmayacaq.

Hadisələrin gedişatı

  1. 19 avqust 2021-ci il

    Cinayət işi açıldı. Ekstremist fəaliyyətlərdə iştirak etməkdə ittiham olundu.

  2. 5 fevral 2022-ci il

    Polis tərəfindən saxlanıldı. Elə həmin gün evində axtarış keçirildi. Tutularaq evindən 740 kilometr aralıda yerləşən Penzaya aparıldı.

  3. 6 fevral 2022-ci il

    Müvəqqəti saxlama kamerasına salındı.

  4. 8 fevral 2022-ci il

    Müvəqqəti saxlama kamerasından buraxılaraq ev dustaqlığına keçirildi.

  5. 28 mart 2022-ci il

    Cinayət işi üzrə məhkəmə araşdırması başladı.

Qardaş barədə məlumat

Yehovaya minnətdarıq ki, Onun bəxş etdiyi sülh ürəyimizi və fikirlərimizi ən çətin anlarda belə qoruyur (Filippililərə 4:7).