Kontentə keç

Soldan sağa: Denis Filatov, Stanislav Klyuçnikov və Dmitri Yarçak

1 İYUN 2022 | YENİLƏNİB: 6 SENTYABR 2023
RUSİYA

Yehova ilə möhkəm qalırlar | YENİLƏNİB. QARDAŞLAR MƏHKUM EDİLDİ

Yehova ilə möhkəm qalırlar | YENİLƏNİB. QARDAŞLAR MƏHKUM EDİLDİ

5 sentyabr 2023-cü il tarixində Tatarıstan Respublikasının Nijnekamsk Şəhər Məhkəməsi qardaşlarımız Denis Filatov, Stanislav Klyuçnikov və Dmitri Yarçakı təqsirli bilərək altı il müddətinə şərti həbs cəzasına məhkum etdi. Cəza şərti olduğu üçün qardaşlar həbsxanaya salınmayacaq.

Hadisələrin gedişatı

  1. 18 noyabr 2020-ci il

    FTX və silahlı polis əməkdaşları Nijnekamsk şəhərində Yehovanın Şahidi olan 12 ailənin evində reyd keçirdi. Doqquz qardaş və üç bacı sorğu-suala aparıldı.

  2. 24 avqust 2021-ci il

    Aparılan istintaq nəticəsində Denis, Stanislav və Dmitridən başqa yerə getməmək barədə iltizam alındı.

  3. 7 oktyabr 2021-ci il

    Denis, Stanislav və Dmitri barəsində rəsmi ittiham irəli sürüldü. Onlar «xüsusi dini mahnılar oxumaqda və dua etməkdə» ittiham edildilər.

  4. 27 yanvar 2022-ci il

    Cinayət işi Tatarıstan Respublikasının Nijnekamsk Şəhər Məhkəməsinə göndərildi.

Qardaşlar barədə məlumat

Yehovaya güvənən dindaşlarımız, şübhəsiz ki, məzmurçu Davudun növbəti sözlərinə şərikdirlər: «Bir şeydən arxayınam — Allah tərəfimdədir» (Zəbur 56:9).