Kontentə keç

Anatoli İsakov qardaş və həyat yoldaşı Tatyana

1 YANVAR 2024 | YENİLƏNİB: 9 AVQUST 2024
RUSİYA

«Yehova məni heç vaxt tərk etməyib» | YENİLƏNİB. QARDAŞ CƏRİMƏ OLUNDU

«Yehova məni heç vaxt tərk etməyib» | YENİLƏNİB. QARDAŞ CƏRİMƏ OLUNDU

8 avqust 2024-cü il tarixində Kurqan Vilayətinin Kurqan Şəhər Məhkəməsi Anatoli İsakovu təqsirli bilərək 400 000 rubl məbləğində (4522 ABŞ dolları) cərimə etdi. Cəza şərti olduğu üçün qardaş həbsxanaya salınmayacaq.

Qardaş barədə məlumat

Üzləşdiyi çoxlu çətinliklərə rəğmən imanla dözüm göstərdiyinə görə Anatoli qardaşa minnətdarıq. Əminik ki, hansı çətinliklərlə qarşılaşsaq da, Yehova qəlbimizin qayası olacaq (Zəbur 73:26).

Hadisələrin gedişatı

  1. 13 iyul 2021-ci il

    Cinayət işi açılır

  2. 14 iyul 2021-ci il

    Evində axtarış aparılır. Müvəqqəti saxlama təcridxanasına salınır

  3. 15 iyul 2021-ci il

    İstintaq təcridxanasına keçirilir

  4. 21 iyul 2021-ci il

    Anatoli qardaşın həbsinə son qoyulması və kimyaterapiya müalicəsinin bərpa edilməsi üçün Kurqan Vilayət Klinik Xəstəxanasına müraciət edilir

  5. 28 avqust 2021-ci il

    Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) müdaxiləsindən sonra istintaq təcridxanasından azad edilib ev dustaqlığına salınır

  6. 6 iyul 2023-cü il

    Cinayət işi üzrə məhkəmə icraatı başlanır