26 APREL 2023 | YENİLƏNİB: 3 OKTYABR 2023
RUSİYA
«Yehova sanki iki əli ilə bizi tutub» | YENİLƏNİB. QARDAŞ MƏHKUM OLUNDU
28 sentyabr 2023-cü il tarixində Prokopyevsk Şəhərinin Tsentralni Rayon Məhkəməsi Yuri Çernıx qardaşı təqsirli bilərək onu üç il müddətinə islah işlərinə məhkum etdi a. Qardaş həbsə salınmayacaq.
Qardaş barədə məlumat
Biz əminik ki, Yehova Ona sadiq qalmaq üçün əlindən gələni edən xidmətçilərinin «əmin-amanlığının çay kimi» olmasına kömək edəcək (Əşiya 48:18).
Hadisələrin gedişatı
12 iyul 2020-ci il
Evində axtarış aparıldı. Yuri və Yelena sorğu-sual edildi
5 noyabr 2021-ci il
Cinayət işi açıldı
10 noyabr 2021-ci il
Evində ikinci dəfə axtarış aparıldı
26 aprel 2022-ci il
Yuridən başqa yerə getməmək barədə iltizam alındı
18 iyul 2022-ci il
Cinayət işi üzrə məhkəmə icraatı başlandı
a İslah işlərinə məhkum olunmuş şəxsə hökumət orqanları tərəfindən işlər təyin olunur və onun əməkhaqqısının 5—20 faizi tutulur. Əgər bu orqanların nümayəndələri məhkum edilmiş şəxsin onlarla əməkdaşlıq etmədiyi və ya işdən imtina etdiyi qənaətinə gələrsə, həmin şəxs həbsə salına bilər.