Kontentə keç

Dmitri İqnatov və həyat yoldaşı Darya

12 İYUN 2024 | YENİLƏNİB: 25 İYUL 2025
RUSİYA

«Yehovaya birgə xidmət edirik» | YENİLƏNİB. QARDAŞ MƏHKUM EDİLDİ

«Yehovaya birgə xidmət edirik» | YENİLƏNİB. QARDAŞ MƏHKUM EDİLDİ

24 iyul 2024-cü il tarixində Oryol Şəhərinin Sovetski Rayon Məhkəməsi qardaşımız Dmitri İqnatovu təqsirli bilərək iki il müddətinə cəzaçəkmə müəssisəsində islah işlərinə məhkum etdi. O, müəssisədə qalmalı və təyin olunan yerdə ona tapşırılan işi görməli olacaq. Cəza müddəti ərzində onun əməkhaqqısının beş faizi dövlət tərəfindən tutulacaq.

Qardaş barədə məlumat

Dmitri və Daryaya çox minnətdarıq. Onların nümunəsi bizə xatırladır ki, «həmişə səmavi şeylər haqqında» düşünsək, çətin sınaqlar qarşısında belə imanımızı möhkəm saxlaya biləcəyik (Koloslulara 3:2).

Hadisələrin gedişatı

  1. 9 dekabr 2020-ci il

    Evində axtarış aparılır

  2. 28 oktyabr 2021-ci il

    Cinayət işi açılır

  3. 13 sentyabr 2023-cü il

    Evində yenidən axtarış aparılır

  4. 4 mart 2024-cü il

    Cinayət işi üzrə məhkəmə icraatı başlanır