30 AVQUST 2022 | YENİLƏNİB: 8 AVQUST 2023
RUSİYA
«Yehovaya etibarım güclü olmalıdır» | YENİLƏNİB. QARDAŞ CƏRİMƏ OLUNDU
3 avqust 2023-cü il tarixində Xabarovsk Vilayətinin Bikin Şəhər Məhkəməsi Sergey Kazakovu təqsirli bilərək 500 000 rubl (5186 ABŞ dolları) məbləğində cərimə etdi.
Hadisələrin gedişatı
9 noyabr 2020-ci il
Cinayət işi açıldı. Ekstremist fəaliyyətlərdə iştirak etməkdə ittiham olundu.
21 dekabr 2020-ci il
FTX (Rusiyanın gizli polisi) və İstintaq Komitəsinin müfəttişləri Sergeyin də evi daxil olmaqla, Yehovanın Şahidlərinin yaşadığı 10 evdə axtarış apardılar. Sergey həbs olundu və müvəqqəti saxlama kamerasına salındı.
23 dekabr 2020-ci il
Onun barəsində məhkəməyədək həbs qətimkan tədbiri seçildi.
4 iyun 2021-ci il
İstintaq təcridxanasından ev dustaqlığına buraxıldı.
5 avqust 2021-ci il
Ev dustaqlığından azad edildi.
28 fevral 2022-ci il
Cinayət işi üzrə məhkəmə icraatı başladı. Hazırlıq iclası zamanı hakim ittiham aktında xətaya yol verildiyi üçün işi prokurorluğa geri göndərdi.
28 aprel 2022-ci il
Hakim işin prokurorluğa geri göndərilməsi ilə bağlı qərarı ləğv etdi. İşə baxılması üçün onu birinci instansiya məhkəməsinə qaytardı.
14 iyun 2022-ci il
Cinayət işi üzrə məhkəmə icraatı başladı.
Qardaş barədə məlumat
Gəlin biz də Sergey kimi daima Yehovaya imanımızı bəyan edək və Zəbur 31:14 ayəsindəki sözlərə şərik olaq: «Mən, ey Yehova, Sənə güvənirəm. “Allahım Sənsən!”— deyirəm».