30 DEKABR 2021
RUSİYA
Yehovaya güvənməsi Aleksandr Nikolayevə daxili sülh verir | YENİLƏNİB. ŞİKAYƏT RƏDD EDİLDİ
20 oktyabr 2022-ci il tarixində Krasnodar Vilayət Məhkəməsi Aleksandr Nikolayevin apelyasiya şikayətini təmin etmədi. Qardaş həbsdə qalacaq.
Hadisələrin gedişatı
23 dekabr 2021-ci il
Krasnodar Vilayətinin Abinski Rayon Məhkəməsi Aleksandr Nikolayevi təqsirli bildi və onu iki il yarım müddətinə həbsə məhkum etdi.
30 sentyabr 2021-ci il
Aleksandr müvəqqəti saxlama təcridxanasına salındı.
4 avqust 2021-ci il
Cinayət işi üzrə məhkəmə araşdırması başladı.
26 may 2021-ci il
Ailəsi və dostları ilə Müqəddəs Kitabı müzakirə etməkdə ittiham olundu. Müstəntiqlər bunu «Konstitusiya quruluşunun əsaslarına və dövlətin təhlükəsizliyinə qarşı cinayət» kimi qiymətləndirdilər.
7 aprel 2021-ci il
FTX-nın və xüsusi təyinatlı mobil dəstənin əməkdaşları səhər saat 6-da Nikolayevlərin evində axtarış apardı. Aleksandrı sorğu-suala apardılar və sonra buraxdılar.
31 mart 2021-ci il
Aleksandra qarşı cinayət işi açıldı.
Qardaş barədə məlumat
Biz əminik ki, həm Aleksandr, həm də Rusiya və Krımda sınaqlarla üzləşən digər bacı-qardaşlarımız Yehovaya bel bağladıqlarına görə Ondan bol-bol nemətlər alacaqlar (Ərəmya 17:7).