20 NOYABR 2023 | YENİLƏNİB: 26 APREL 2024
RUSİYA
Yevgeni Buşev qardaş yeddi il həbs cəzasına məhkum edildi | YENİLƏNİB. CƏZA MÜDDƏTİ AZALDILDI
25 aprel 2024-cü il tarixində Çelyabinsk Vilayət Məhkəməsi qardaşımız Yevgeni Buşevə təyin edilmiş cəza müddətini bir il azaldıb. İndi o, həbsdə altı il keçirməli olacaq.
7 noyabr 2023-cü il tarixində Çelyabinsk Vilayətinin Kalinin Rayon Məhkəməsi Yevgeni Buşevi təqsirli bilərək yeddi il müddətinə həbsə məhkum etdi. Qardaş elə məhkəmə zalında həbs olundu.
Qardaş barədə məlumat
Daha bir qardaşımızın həbsə göndərildiyinə görə çox kədərləndik. Yehovanın Yevgeni qardaşa və digər bacı-qardaşlara bundan sonra da sığınacaq olacağına əminik (Zəbur 94:22).
Hadisələrin gedişatı
24 avqust 2022-ci il
Barəsində cinayət işi açıldı
8 sentyabr 2022-ci il
Evində axtarış aparıldı
9 sentyabr 2022-ci il
Başqa yerə getməmək barədə iltizam alındı
20 sentyabr 2023-cü il
Cinayət işi üzrə məhkəmə icraatı başlandı
7 noyabr 2023-cü il
Yeddi il müddətinə azadlıqdan məhrum edildi