Kontentə keç

20 DEKABR 2018
RUSİYA

Arkadya Akopyan qardaşın sonuncu məhkəmə dinləməsi dekabrın 21-də keçiriləcək

Arkadya Akopyan qardaşın sonuncu məhkəmə dinləməsi dekabrın 21-də keçiriləcək

Rusiyanın Kabarda-Balkariya Respublikasından olan 70 yaşlı təqaüdçü dərzi Arkadya Akopyan qardaşın 21 dekabr 2018-ci il tarixində sonuncu məhkəmə dinləməsi olacaq. Bir ildən çoxdur ki, Proxladnı Rayon Məhkəməsində gedən məhkəmə işində Arkadya Akopyan qardaş ona sürülən ittihamlara qarşı özünü müdafiə edir. O, «ekstremist» ədəbiyyat paylamaqda və ibadət evində Müqəddəs Kitaba əsaslanan müzakirə zamanı «dini nifrətə təhrik» etməkdə ittiham olunur.

Biz hakimin dekabrın 21-də bəyan edəcəyi qərarı bilmirik. Bununla belə, əgər Arkadya Akopyan qardaş təqsirli bilinərsə, ağır cərimə ödəməli olacaq, ya da dörd ilə qədər həbs cəzasına məhkum ediləcək.

Arkadya Akopyan qardaş Rusiyada əqidəsinə görə cinayət məsuliyyətinə cəlb olunan 100-dən çox Yehovanın Şahidindən biridir. Bu səbəbdən, biz dua edirik ki, imanda möhkəm dayanan bacı-qardaşlarımız bundan sonra da yalnız Allahın verə biləcəyi sülhə sahib olsunlar (Efeslilərə 6:11—14, 23).