Kontentə keç

13 İYUL 2018
RUSİYA

Rusiyada Yehovanın Şahidi olan ər-arvad həbs edildi

Rusiyada Yehovanın Şahidi olan ər-arvad həbs edildi

6 iyul 2018-ci il tarixində Rusiyanın Omks şəhərindəki səlahiyyətli şəxslər Yehovanın Şahidi olan Serqey və Anastasiya Polyakov adlı ər-arvadı məhkəməyəqədərki həbsə məhkum etdi. Ali Məhkəmənin Rusiyada Yehovanın Şahidlərinin fəaliyyətini qadağa etdiyinə dair çıxardığı qərardan bəri ilk dəfədir ki, bacılarımızdan biri həbs olunur.

SOVA analitik-informasiya mərkəzi (Moskva şəhərində yerləşir) bu həbsedilmə ilə bağlı belə deyir: «Bütün Yehovanın Şahidlərinə qarşı edilən təqib kimi, bu qərarın da heç bir hüquqi əsası olmadığına inanırıq. Bu, açıq-aşkar dini ayrı-seçkilikdir».

Rusiyada hal-hazırda imanına görə 21 qardaşımız və 1 bacımız həbsdə saxlanılır. Daima dua edirik ki, onlar cəsarətli qalsınlar və Yehovanın onların dayağı olduğuna əmin olsunlar (İbranilərə 13:6).