Kontentə keç

Sağda: Sinqal dilində son 75 ilə aid olan Müqəddəs Kitaba əsaslanmış nəşrlər. Ortada: Çarlz Teyz Rasselin əvvəllər Seylon kimi tanınan Şri-Lankaya ziyarəti zamanı çəkilmiş tarixi şəkil. Aşağıda: Sinqal dilində xoş müjdənin təbliği

7 FEVRAL 2023
ŞRİ-LANKA

Nəşrlərimizin sinqal dilinə tərcüməsinin 75 ili

Nəşrlərimizin sinqal dilinə tərcüməsinin 75 ili

2023-cü ildə Yehovanın Şahidlərinin Müqəddəs Kitaba əsaslanan nəşrlərinin Şri-Lankanın ən çox danışılan dili olan sinqal dilinə tərcüməsinin 75 ili tamam olur.

Britaniyanın müstəmləkəsi olduğu dövrdə Şri-Lankanın rəsmi dili ingilis dili olduğundan nəşrlərimiz yalnız bu dildə dərc olunurdu. 1948-ci ildə sinqal dilində ilk dəfə «Bütün insanlara şad xəbər» adlı buklet işıq üzü gördü. Bukletin çıxmasından bir il sonra Şri-Lankada təbliğçilərin sayı 12-dən 25-ə qalxdı.

Stiven Let sinqal dilində Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»nin çıxdığını elan edir

1953-cü ildə «Yeni dünyanın olacağına sübutlar» və «Həqiqət sizi azad edəcək» adlı bukletlər sinqal dilinə tərcümə olundu. Cəmi bir neçə ildən sonra, 1958-ci ilin mart ayında dindaşlarımız tərcümə sahəsində çox vacib bir iş gördülər — «Gözətçi qülləsi»nin sinqal dilində ilk sayı çıxdı.

Sinqal dilinə tərcümə sahəsində ən önəmli hadisə 2009-cu ildə baş verdi. Belə ki, həmin il Rəhbərlik Şurasının üzvü Stiven Let Şri-Lankanı ziyarət etdi və sinqal dilində Müqəddəs Kitabın «Yeni Dünya Tərcüməsi»nin çıxdığını elan etdi.

Həmin görüşdə iştirak edən bir qardaş demişdi: «Müqəddəs Kitabın “Yeni Dünya Tərcüməsi”ni əlimə alanda ürəyim Böyük Nəsihətçimiz Yehovaya minnətdarlıq hissi ilə dolub-daşdı. Bu tərcüməni oxumaq və anlamaq çox asandır, bunun sayəsində oradakı nəsihətləri həyatıma tətbiq edə bilirəm».

Sinqal tərcümə qrupu filialın önündə

Aydındır ki, Yehova 63 sinqaldilli yığıncaqdan olan 4839 təbliğçiyə, o cümlədən, Şri-Lankada yaşayan bütün 7121 dindaşımıza lütf göstərir. Əminik ki, onlar saf dildə danışmağa və bunu başqalarına öyrətməyə davam etdiyi müddətdə Yehova onlardan lütfünü əsirgəməyəcək (Səfənya 3:9).