Kontentə keç

Qardaşımızın tayfun nəticəsində dağılmış evi

18 NOYABR 2019
YAPONİYA

«Bualoy» — Yaponiyada tüğyan edən son tayfun

«Bualoy» — Yaponiyada tüğyan edən son tayfun

25 və 26 oktyabr 2019-cu il tarixlərində Yaponiyanın şərq sahillərində «Bualoy» tayfunu tüğyan edib. «Faksay» və «Haqibis» tayfunlarından sonra «Bualoy» sentyabr ayından Yaponiyanın şərqində baş vermiş üçüncü tayfundur. Bu tayfun çayların öz məcralarından çıxmasına və nəticədə regionda güclü daşqınların baş verməsinə səbəb olub. Bacı-qardaşlarımızın yaşadığı ən azı 81 evə ziyan dəyib. Bacı-qardaşlarımız arasında ölənlərin olduğu barədə məlumat yoxdur; lakin bir bacımız xəsarət alıb. Tiba prefekturasında yaşayan bacı-qardaşlarımız bu tayfunlardan zərər çəkib.

«Faksay» və «Haqibis» tayfunlarından sonra fəlakət zonasında artıq üç Təbii fəlakətdən zərərçəkənlərə yardım komitəsi fəaliyyət göstərirdi. Bu komitələr indi «Bualoy» tayfunundan zərərçəkənlərə də dəstək olur. Yaponiya filialı bu komitələrə bacı-qardaşların zəruri ehtiyaclarının qayğısına qalmağa kömək edir: onların evləri təmizlənir, dezinfeksiya edilir və təmir olunur. Rayon nəzarətçiləri bacı-qardaşlara ürək-dirək verir.

Bu keşməkeşli vaxtda Yaponiyadakı bacı-qardaşlarımız üçün dua edirik. Biz əminik ki, Yehova bu silsilə təbii fəlakətlər ucbatından «pərişan» halda olan xidmətçilərinin qeydinə qalacaq (Zəbur 34:18).